Page 555 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 555
Seçilmiş əsərləri
– Siz həmişə elə danışırsınız ki, elə bil bundan son-
ra yaşayacağım o üç-dörd günə görə məni qınayırsınız.
– Yeri gəlmişkən, deyəsən, sizin ürəyiniz əməlli-
başlı düzəlib?
– O heç vaxt düzəlməyəcək. Bu gün özümü həkimə
göstərmişəm. Dedi ki, pis günə hazır olmalısan.
– Boş şeydi, siz ki iyirmi ildi, pis günə hazırla-
şırsınız.
Müharibədən sonra Luiza Londonda məskən saldı.
Elə əvvəlki zəif, zərif, irigözlü, rəngi avazımış qadın idi.
Amma qırxı haqlasa da, heç kim ona iyirmi beşdən artıq
yaş verməzdi. Artıq pansiyonu tərk eləyib böyük qız ol-
muş Ayris də onun yanına gəlmişdi.
Luiza:
– Qızım mənim qayğımı çəkəcək, – deyirdi. – Əlbət-
tə, belə bir əlil anaya dözmək onun üçün çətin olacaq.
Amma, çətin ki, çox əziyyət çəkə. Axı mənim bu dünya-
lıq barmaqla sayılacaq qədər günüm qalıb.
Ayris canlara dəyən qız idi. Anasının ağır xəstə
olduğunu ömrü boyu ona təlqin eləmişdilər. Hətta uşaq
olanda da səs çıxarmağa ixtiyarı yox idi. Lap balaca-
lıqdan anlayırdı ki, anasına həyəcanlanmaq olmaz, bu,
ona çox ziyandı. Düzdü, indi Luiza özünə – bir yararsız
qoca arvada görə qızını qurban verməyəcəyini inad eləsə
də, Ayris onu eşitmək belə istəmirdi. Məgər zavallı
ananın qulluğunda durmaq özünü qurban verməkdi?
Yox, bu ki xoşbəxtlikdi. Luiza onun heç də az olmayan
qayğısını köks ötürə-ötürə qəbul eləyirdi.
– Mənim yanımda olması qızıma da xoş gəlir, –
deyirdi.
– Bəs sizə elə gəlmirmi ki, indi onun adam içinə
çıxan vaxtıdı?
– Mən də həmişə belə deyirəm, amma onu tay-
tuşlarıyla vaxt keçirməyə heç cür razı sala bilmirəm.
555