Page 550 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 550
yam Somerset Moem
LUİZA
Luizanın nəyə görə mənimlə yaxınlıq eləməsini
heç cür başa düşə bilmirdim. Onun məndən qəti
xoşu gəlmirdi və fürsət düşən kimi qaramca çox şirin
tərzdə acı sözlər deməyi özünə iş-peşə eləmişdi. Ürəyin-
dəkiləri birbaşa üzümə deməyə üzü gəlmirdi: çünki
həddən artıq nəcib insan idi, amma işarələrlə – köks
ötürməklə, gözəl əllərinin hərəkətiylə dedikləri dildən
çıxan sözdən də aydın eşidilirdi. O, içi zəhər dolu
komplimentlər ustasıydı. Doğrusu, biz artıq bir-birimizi
iyirmi beş il idi, yaxından tanıyırdıq, amma kim desə də,
köhnə tanışlığın ondan ötrü nəsə bir əhəmiyyət kəsb
etdiyinə inanmıram. O, məni qaba, şöhrətpərəst, xudbin
və tərbiyəsiz bir insan kimi tanıyırdı. Amma barəmdə
bu qənaətdə ola-ola məndən əl çəkməməsi çox müəm-
malıydı. Əksinə, elə bil, ortada pis nəsə yox idi: gah məni
evinə səhər, gah nahar yeməyinə çağırırdı, bir-iki dəfə
də dəvət eləmişdi ki, şənbə və bazarı onun şəhərətrafı
malikanəsində keçirim. Nəhayət, elə bil məsələnin nə
yerdə olduğu mənə çatdı. Luizanın içini gəmirən bir
şübhə vardı ki, bəs mən ona inanmıram. Ona görə həm
məndən xoşu gəlmirdi, həm də məni hər dəfə yanında
görmək istəyirdi. Bəli, mən onu ciddi qəbul eləməyən
yeganə insan idim. Bu, onu hikkələndirirdi və görünür,
mən səhvimi etiraf eləyib təslim olmayınca rahatlanan
deyildi. Ola bilsin, onun maska arxasında gizlənən əsl
sifətini gördüyümdən müəyyən qədər şübhələnmişdim
və sonuncu insan kimi gec-tez məni də yola gətirəcəyinə
israrlı idim. Doğrusu, mən Luizanın islaholunmaz
yalançı olduğuna tam əmin deyildim. Ola bilsin, o,
başqalarından da çox özünü aldadırdı və ürəyinin bir
yerində hamıya gülürdü. Və əgər məsələ, həqiqətən də,
550