Page 548 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 548
yam Somerset Moem
– Mən elə məhz ağ eləyirəm. Düz iki saatdan sonra
qatarım Parisə yola düşür.
O, fikirli-fikirli mənə baxıb:
– Siz dəlisiniz, buna şəkk-şübhə ola bilməz. Baş-
qalarının, elə özünüzün də təhlükəsizliyi üçün sizi qan-
dallamaq lazımdı.
Mən geri çəkilmək niyyətində deyildim:
– Cavab necə olacaq, – dedim, – hə, ya yox?
O, çiyinlərini çəkib:
– Mon Dieu1, – dedi.
Bir dəqiqə susub dayandı. Mən əzab içində cavab
gözləyirdim. Bütün səbrim tükənəndə cavab gəldi:
– Hə.
Qubernator əlini arvadına sarı uzadıb:
– Bax, bu da mənim arvadım, – dedi. – Bir həftədən
sonra nikah bağladıq və mən qubernator təyin olundum.
Hörmətli cənablar, mənim bəxtimə əsl xəzinə çıxmışdı.
Onun min nəfərdən birində olan gözəl xasiyyəti var. O,
qadın ürəyinə, amma kişi ağlına malik bir insandı.
Arvadı ona düzəliş verib:
– Mon ami2, çox elə dərinə getmə, – dedi. – Sən indi
tək özünü yox, məni də gülüş hədəfinə çevirdin.
Sonra əri belçikalı polkovnikə sarı döndü:
– Deyəsən, polkovnik, siz də subaysınız? Əgər
belədirsə, tərəddüd eləmədən məsləhət görərdim,
Cenevrəyə yollanasınız. Ora cazibədar gənc qızlar gü-
lüstanıdı (onun təbirincə, «une pepini re»). Ən yaxşı ar-
vadı özünüzə məhz orada tapa bilərsiniz. Həm də
Cenevrə özü başqa bir aləmdi. Vaxt itirmədən yola dü-
şün, polkovnik, mən sizə arvadımın qohumlarının ün-
vanını verərəm.
Hekayətin nöqtəsini arvadı qoydu.
1 mon Dieu – İlahi (fran.)!
2 mon ami – mənim dostum (fran.)
548