Page 553 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 553
Seçilmiş əsərləri
əlini tərpətməyə də imkan vermirdilər, onu qayğıdan
xilas eləmək üçün ağlı-qaralı bütün işləri özləri görməyə
hazır idilər. Başqa cür ola da bilməzdi. Yorucu, yaxud
maraqsız nəsə bir işlə məşğul olan kimi ürəyi xəyanət
eləyirdi və Luiza gəlib ölümün astanasında lövbər salır-
dı. Deyirdi, bir vaxtlar bütün qayğısını çəkən həmin on-
suz indi günü-gündən ölməklə məşğuldu və bu xəstə
canıyla əziz Ayrisini necə böyüdəcəyini bilmir. Bu
zaman dostları ondan niyə təzədən ərə getmək istəmə-
diyinin səbəbini soruşurdular. O, belə ürəklə bu işdən
söhbət belə gedə bilməz, amma, əlbəttə ki, Tom da belə
olmasını istəyərdi, əslində, bu, Ayrisin də xeyrinə olardı.
Amma axı bu zavallı əlili kim özünə yük eləmək istəyər?
Qəribə də olsa, bu yükün altına girməyə hazır olanların
sayı qədərindən də artıq oldu. Tomun vəfatından bir il
sonra Luiza Corc Xobxausa ərə getdi. O, böyük ümidlər
verən qiyamət bir gənc idi. Həm də kasıb-filan deyildi.
Belə bir zərif məxluqun qayğısına qalmaq vəzifəsinin
məhz onun alnına yazıldığına görə taleyindən həddən
ziyadə razı idi.
Luiza:
– Qorxma, mən çox davam gətirmərəm, – deyirdi.
O, hərbçiydi, özü də hərbçi şərəfini hər şeydən
üstün tutan hərbiçi. Amma artıq ehtiyatdaydı. Luizanın
səhhəti onların qışı Monte-Karloda, yayı Dovilldə keçir-
mələrini tələb edirdi. O, öz hərbçi karyerasından elə də
tez imtina etmək istəmədi, Luiza da, ilk əvvəl, bu haqda
eşitmək belə istəmirdi. Nəhayət, bu əri də əvvəlki kimi
təslim oldu və özünü bütünlüklə arvadının qalan öm-
rünü imkan daxilində xoşbəxt keçirməsinə həsr etdi.
Luiza:
– Daha bir şey qalmayıb, – deyərdi, – arzum budur
ki, sənə yük olmayım.
Növbəti iki-üç ildə Luiza o xəstə ürəyi ilə geyinib-
kecinmiş görkəmdə səsli-küylü ziyafətlərin hamısında
553