Page 557 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 557
Seçilmiş əsərləri
– Sizə heç vaxt qəribə gəlməyib ki, bütün arzula-
rınızı həyata keçirməyə həmişə özünüzdə təpər tapmı-
sınız, xəstə ürəyiniz yalnız ürəyinizcə olmayanların
gerçəkləşməsinə mane olub.
– Sizin mənim barəmdə nə fikirdə olduğunuzu çox
gözəl bilirəm. Siz heç vaxt mənim xəstəliyimin ciddili-
yinə inanmamısınız, eləmi?
Düz gözlərinin içinə baxdım:
– Heç vaxt. Elə düşünürəm ki, siz düz iyirmi beş
ildi, hamını aldatmaqla məşğulsunuz. Mən ömrüm boyu
sizin qədər xudbin və qəddar qadına rast gəlməmişəm.
Sizinlə evlənən iki bədbəxtin həyatını məhv eləməyiniz
az deyil, indi də doğma qızınızı hədəf seçmisiniz.
Əgər indi Luizanın ürəyi tutsaydı, qəti heyrətlən-
məzdim. Əmin idim ki, dəhşətə gələcək. Amma o, təbəs-
sümlə kifayətləndi.
– Mənim yazıq dostum, bu sözlərinin peşmançı-
lığını çəkəcəyin gün uzaqda deyil.
– Deməli, siz fikrinizdə qətisiniz. Ayris o oğlana ərə
getməyəcək. Eləmi?
– Mən yalvarıram ki, o oğlana ərə getsin. Bilirəm ki,
özüm buna dözməyəcəm. Amma neyləməli? Mən kimə
lazımam? Olsa-olsa, hamı üçün yükəm.
– Siz ona belə də dediniz, hə? Dediz ki, dözməyə-
cəksiniz?
– O, məni məcbur elədi.
– Guya ki, sizə ürəyiniz istəməyən nəyisə elətdir-
mək mümkündü?
– Əgər istəyir, qoy lap günü sabah ərə getsin. Əgər
dözməyəcəmsə, qoy dözməyim. Burada nə var?
– Bəlkə, risk eləyək?
– Doğrudanmı, sizin mənə azca da rəhminiz gəl-
mir?
– Rəhm nədi, mənim sizə gülməyim gəlir.
557