Page 561 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 561
Seçilmiş əsərləri
doğrusu, məni heyrətləndirirdi. Çünki mən ömrümdə
gözəlliyə onun qədər biganə insana rast gəlməmişdim.
Orada onun nə axtardığı mənə aydın deyildi: xoşbəxtlik,
azadlıq, yoxsa sadəcə, bayram ovqatı? Bilmirəm. Amma
dəqiq bilirəm ki, o, axtardığını tapdı. Bütün hisslər üçün
çox cazibəli olan dünyanın bu gözəl guşəsində o yalnız
mənəviyyatını yemləməklə məşğul idi. Məsələ burasın-
dadır ki, Kapridə tarixi olmayan bir daş belə yoxdur və
Tiberiya imperatorunun kölgəsi daim bu yerin üstün-
dədir, Meyxyu. Neapolitan körfəzinə açılan pəncərə-
lərindən Vezuvinin mərhəmətli köksünü, rəngdən-rəngə
düşən işıqları, romalıların və yunanların əcdalarını yada
salan yüzlərlə yerləri görürdü. Keçmiş bütünlüklə onun
düşüncələrinə hakim kəsilmişdi. Əvvəllər heç vaxt
xaricdə olmamışdı. İndi burada ilk dəfə gördüyü hər şey
onu həyəcanlandırır, yaradıcı təxəyyülünü oyadırdı.
Meyxyu iş-güc adamıydı. Bir müddət sonra nəsə tarixi
bir şey yazmaq istədi. Bir xeyli mövzular üzərində seçim
elədi və nəhayət, Roma imperiyasının ikinci yüzilliyində
dayandı. Bu dövr çox az öyrənilmişdi və müasir dövrə
uyğun gələn məsələləri qabartmaq istəyirdi.
Kitablar toplamağa başladı və qısa bir zamanda nə-
həng kitabxana sahibi oldu. Vəkillik fəaliyyəti dövrün-
də Meyxyu sürətlə oxumağa vərdiş eləmişdi. Beləliklə,
işə başladı.
Əvvəl-əvvəl axşamlarını daha çox meydandakı
qəlyanaltıxanada rəssam və yazıçıların əhatəsində keçi-
rərdi. Sonra iş başını elə qatdı ki, o mühitdən aralanmalı
oldu. O, bu sakit, isti dənizdə üzməyi, kəkilli üzümlük-
lərdə lap uzaqlaracan gəzməyi xoşlamağa başlamışdı.
Amma vaxtını kitablara həsr eləyəndə gəzməkdən də,
üzməkdən də imtina etdi. O, Detroytda olduğundan da-
ha çox, daha canfəşanlıqla işləyirdi. İşə günorta başlayıb
hər səhər Kapridən Neapola üzən bərənin fit səsi ona
561