Page 559 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 559
Seçilmiş əsərləri
MEYXYU
(Hekayə)
Çox insanın həyatı ətrafı ilə təmasda müəy-
yənləşir. Taleyin onlara birgə yazdığı yazını
nəinki itaətlə, hətta könüllü qəbul eləyirlər. Onlar öz
relslərinin üzəriylə yeridiklərinə görə razı qalan qatar-
lara, küçə yollarıyla ora-bura şütüyüb qəflətən kənd yo-
luna çıxan balaca, şən avtomobilə bənzəyirlər. Mənim
belə insanlara hörmətim var. Onlar yaxşı vətəndaş, yaxşı
ər və yaxşı atadılar. Həm də axı dövlətə vergi ödən-
məlidir, ya yox? Amma belələri məni qəti maraqlandır-
mır. Fikrimcə, necə deyərlər, nadir nüsxə insanlar daha
maraqlıdırlar. Onlar həyatı öz əllərinə alıb istədikləri
kimi yaşamağı bacarırlar.
Ola bilsin, iradə azadlığı adlı şey bizlərə, ümu-
miyyətlə, verilməyib, amma onun illüziyası həmişə tə-
səvvürlərimizdədir. Yolayrıcında bizlərə elə gəlir ki,
sağa, yaxud sola getmək öz ixtiyarımızdadı, seçimdən
sonra isə ağlımıza da gəlmir ki, bizləri bura bütün dünya
tarixinin keçdiyi yol gətirib.
Mən ömrüm boyu Meyxyudan maraqlı insana rast
gəlməmişəm. Detroytdan olan bu insan bacarıqlı və par-
laq karyeralı vəkil idi. Otuz beş yaşının arxasında böyük
və səmərəli təcrübə dayanırdı. Maddi cəhətdən özünü
təmin eləmişdi və çox parlaq bir gələcəyin astanasında
dayanmışdı. O, ağıllı, dürüst və yaraşıqlıydı. İqtisadi və
siyasi mühitdə görkəmli fiqur olması üçün hər şey hazır
idi.
Bir axşam o, dostlarıyla öz klubunda oturmuşdu.
Azca içkiliydilər, İtaliyadan yenicə qayıtmış dostlardan
biri Kapridə gördüyü evdən danışırdı. Bu ev Neapolitan
körfəzinin üstündəki təpədəydi, ətrafı yaşıllığa qərq ol-
559