Page 562 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 562
yam Somerset Moem
saatın beş olduğunu və yatmaq vaxtını çoxdan ötür-
düyünü xəbər eləyənəcən gecə-gündüz bilmirdi.
Mövzu günü-gündən onun qarşısında bütün ge-
nişliyi və əhəmiyyəti ilə açılırdı. Və artıq xəyalən onu
ötən əsrin nəhəng tarixçiləriylə yanaşı qoyacaq bu işin
bəhrəsini görürdü. İllər ötdükcə insanlardan daha da
uzaqlaşırdı. Onu yalnız bir partiya şahmat oynamaq
adıyla şirnikləndirməklə, yaxud kiminləsə mübahisə
etmək adıyla evdən çıxara bilərdin. O, intellektlərin mü-
bahisəsindən ləzzət alırdı. O, indi çox mütaliəliydi. Özü
də təkcə tarixi yox, fəlsəfəni, təbiət elmlərini də dərindən
mənimsəmişdi. O, çox usta natiq olmuşdu. Çevik dü-
şüncəli, məntiqli, hazırcavab idi. Amma əvvəlki kimi
xeyirxah və təmkinli insan olaraq qalmışdı. Aydın mə-
sələdi ki, qələbə hamı kimi ona da hədsiz məmnunluq
gətirirdi, amma o, rəqibinin qürurunu nəzərə alıb içinin
sevincini üzə vurmurdu.
O, bu adaya əzələli, biçimli bədənlə, qapqara, şəvə
kimi saç-saqqalla gəlmişdi. Get-gedə dərisi təravətini
itirib soluxdu, arıqladı və zəif düşdü. Qəribədi, bir vaxt-
lar, bəlkə də, dünyanın ən ayıq insanı, məsləkcə ən qatı
materialistlərdən olan Meyxyu indi bədəninə nifrət
eləyirdi, ona yalnız ruhun əmrlərini yerinə yetirməli
olan kobud bir alət kimi baxırdı. İşini davam etdir-
məsinə nə yorğunluq, nə də xəstəlik mane ola bilərdi.
Düz on dörd il nəfəs dərmədən işlədi. O, min qovluq
araşdırdı, bölgülərə ayırıb onlardan bəhrələndi. Öz
mövzusunu dibinəcən eşələdi və nəhayət, hazırlıq mər-
hələsini yekunlaşdırdı. Elə yenicə yazmağa başlamaq
üçün stol arxasına keçmişdi ki, canını tapşırdı.
Bəli, bədəni ona qarşı hörmətsizlik edən bir materia-
listdən qisasını belə aldı.
Topladığı nəhəng bilgiləri də özüylə apardı. O
məsum arzusu, adını Hibbon və Mommzenlə yanaşı
562