Page 560 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 560
yam Somerset Moem

muşdu. Meyxyu Aralıq dənizinin ən gözəl adasının
gözəlliklərinin təsvirini dinləyib dedi:

– Əla səslənir. O ev satılırmı?
– İtaliyada hər şey satılır.
– Gəl onlara teleqram vurub qiymət təklif eləyək.
– Zəhmət olmasa, icazə ver, soruşum görək, Kap-
ridə ev sənin nəyinə lazımdı?
Meyxyu cavabında:
– Mən orada yaşayacam, – dedi.
O, teleqraf blanklarının ardınca adam yollayıb
doldurdu və göndərdi. Bir neçə saatdan sonra cavab
gəldi. Təklif qəbul olunmuşdu.
Meyxyu riyakar insan deyildi və açıqca deyirdi ki,
ayıq vəziyyətdə dünyasında belə dəlilik eləməzdi. Am-
ma ayılandan sonra elədiyinə peşman-filan da olmadı.
Onun nə tez özündən çıxmağı, nə də həddən ziyadə
çılğınlığı vardı, o, çox səmimi insan idi. Hərəkətini sə-
fehlik kimi qəbul eləsəydin, özünü sındırmamaq naminə
dediyindən dönən deyildi. Bu məsələdə də qəbul elədiyi
qərarı dəyişməyi lazım bilmədi. Var-dövlət dalınca
qaçanlardan deyildi, amma yaxşı yaşamaq üçün kifayət
qədər pulu vardı. Ağlına belə bir fikir gəldi ki, Tanrının
verdiyi ömrü mənasız insanların xırda-para dava-
dalaşını çözməyə, xərcləməyə dəyməz. Ölçülü, biçili heç
bir planı yox idi, sadəcə, artıq ondan ötrü bütün mə-
nasını itirmiş bu öyrəşdiyi həyatdan uzaqlaşmaq istədi.
Dostları, yəqin, elə güman eləyirdilər ki, Meyxyu
havalanıb. Məncə, dostları onu yolundan döndərmək
üçün hər şey edərdilər. O, işlərini qaydasına saldı, me-
bellərinin üstünü bağlatdırdı və yola düzəldi.
Kapri mavi dənizin yuduğu məsum bir sərt qayadı.
Amma üzümlüklərin dipdiri yaşıllığı bu sərtliyi yum-
şaldır. Kapri nəvazişli, təmkinli və xoşüzlü bir adadı.
Meyxyunun yaşamaq üçün belə qiyamət yer seçməsi,

560
   555   556   557   558   559   560   561   562   563   564   565