Page 551 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 551
Seçilmiş əsərləri
beləydisə, onda mən onu bir dələduz kimi cəlb eləyir-
dim. Yəni, hardasa, elə bil bizim kiminsə ağlına belə gəl-
məyən, ümumi bir sirrimiz var idi.
Mən Luizanı qız vaxtlarından tanıyırdım. O, irigöz-
lü, qəmgin baxışlı zərif və zəif bir qız idi. Atasıyla anası
ona pərəstiş edirdilər, üstündə əsirdilər, deyəsən,
hansısa yoluxucu xəstəlikdən sonra ürəyində fəsadlar
əmələ gəlmişdi deyə, onu xüsusi qorumaq lazım gəldi.
Tom Meyltend ona evlənmək təklifi eləyəndə vali-
deynləri çaş-baş qaldılar. Onlar qızlarını ailə həyatının
məşəqqətlərinə tab gətirmək üçün həddən ziyadə zəif
hesab eləyirdilər. Amma onlar kasıb, Tom Meytlend isə
varlı idi. O, Luizanın yolunda hər şeyə hazır olduğuna
and içirdi və nəhayət, onlar bu könüllü himayədarlıq
təklifinə tabe oldular. Tom Meytlend hündürboylu,
gümrah, çox gözəl bir gənc, həm də idmançı idi. Lui-
zanın yolunda, doğrudan da, hər şeyindən keçməyə ha-
zır idi. O, yaxşı anlayırdı ki, Luiza o xəstə ürəklə bu yer
üzündə çox duruş gətirə bilməyəcək və onun olub-qa-
lan illərini xoşbəxt keçirməsi üçün gücü çatanı da elə-
yirdi, çatmayanı da. O, sevimli idmanını da atdı. Səbəb
Luizanın ondan bunu tələb etməsi deyildi (əksinə, o,
ərinin uğurlarına sevinirdi), səbəb qəribə təsadüflərin
məcmusuydu. Belə ki, qolf oynamaq, yaxud ov eləmək
üçün evdən çıxanda hər dəfə tərslikdən Luizanın ürək
tutması olurdu. Fikirləri üst-üstə düşməsə də Luiza gü-
zəştə gedirdi. Bəlkə də, o, dünyada ən sözəbaxan arvad
idi. Amma xəstə ürəyi vəziyyəti dəyişirdi, Luiza bir həftə
yataqdan qalxa bilmirdi, elə yazıq, miskin durumda
olurdu ki. Əlbəttə, onun tərəfindən belə bir qadına qarşı
çıxmaq əsl vəhşilik idi. Odur ki, sonradan elə hey özü-
nün səhv olduğunu Luizaya təlqin eləmək istəyirdi. Bu
açıqürəkli insan uzunmüddətli mübarizədən sonra,
nəhayət, Luizanı razı sala bilirdi. Bir dəfə gəzmək həvə-
551