Page 549 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 549
Seçilmiş əsərləri

– Məsələ burasındadır ki, hesablanmış nikah
zamanı hesab eləmirsən ki, hər şey artıqlamasıyla ola-
caq. Odur ki, peşmançılıq hissi də elə güclü olmur. Bir
halda ki, siz bir-birinizdən çox şey tələb eləmirsiniz,
naşükürlük üçün də bir elə əsas olmur. Biri o birində
mükəmməllik axtarmadığından bir-birlərinin çatışmaz-
lığına da dözümlə yanaşırlar. Əlbəttə, ehtiras gözəl
şeydi, amma nikah üçün elə də etibarlı dayaq deyil.
Bilirsiniz, nikah o zaman xoşbəxt sayıla bilər ki, ər-arvad
bir-birinə hörmət etməyi bacarsın, hər ikisinin cəmiy-
yətdə eyni mövqeyi, ümumi maraqları olsun. Məhz bu
halda, yəni əgər ikisi də yerini biləndisə, yalnız almağı
yox, verməyi də bacarırsa, yalnız özü üçün yaşamayıb,
həyatını yanındakına həsr eləməyə də hazırdısa, bu
nikah bizimki kimi xoşbəxt olacaq.

Azca susub sözünü yekunlaşdırdı:
– Amma hər şey bir yana, mənim ərim həddən artıq
ləyaqətli kişidir.

549
   544   545   546   547   548   549   550   551   552   553   554