Page 545 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 545
Seçilmiş əsərləri

– Voyons, mon ami1, – dedi. – Sən yaman bədgü-
mansan. Düzdü, mən səni Apollon hesab eləmirəm, əs-
lində, sənə Apollon olmaq heç lazım da deyil, amma sən
ləyaqət mücəssəməsisən. Cəmiyyət içində özünü çox gö-
zəl aparırsan, istənilən qadın səni ən yüksək balla qiy-
mətləndirər.

– Qoy öz hekayətimə davam eləyim. Nə isə, tanışı-
mın təklifinə şübhəylə yanaşanda mənə dedi ki,
qadınların hərəkətində məntiq axtarma. Ərə getmək
məsələsində onlar üçün özlərinin də bilmədiyi nəsə
heyrətamiz bir cazibə var. Sənə gəlincə, burada nə risq
eləyirsən? Evlilik təklifi almaq hər qadın üçün kompli-
mentdi. Ən pis halda imtina eləyəcək.

– Mən axı sənin o xalan qızını tanımıram, onunla
necə tanış olacağım da mənim üçün müəmmalı bir işdi.
Təsəvvür elə ki, onun evinə gəlirəm və məni qonaq
otağına ötürəndə elan eləyirəm ki, voil2 gəlmişəm deyəm
ki, mənə ərə gəlin. O, məni dəli bilib köməyə adam çağı-
racaq. Üstəlik, mən həddən artıq utancaq adamam, bu
sözü deməyə dünyasında cəsarətim çatmaz.

Tanışım:
– Mən yolunu sənə başa salacam, – dedi. – Cenev-
rəyə yola düş, məndən də ona bir qutu şokolad apar. O,
mənim haqqımda olan yenilikləri eşitməyə sevinəcək,
səni də məmnuniyyətlə qəbul eləyəcək. Sən onunla bir
az oradan-buradan danışarsan, əgər xoşuna gəlməsə,
sadəcə, qalxıb sağollaşarsan, hər şey də olduğu kimi
qalar. İşdi əgər bəyənsən, bu məsələylə ciddi məşğul
olarıq, sən ona rəsmi surətdə evlənmək təklifi eləyərsən.
Mən tamam ümidsiz vəziyyətdəydim. Belə görü-
nürdü ki, başqa çıxış yolum yoxdu. Vaxt itirmədən
mağazaya gedib, bir iri şokolad qutusu aldıq. Elə həmin

1 Voyons, mon ami – qulaq as, dostum (fran.)!
2 voil – budur (fran.)

545
   540   541   542   543   544   545   546   547   548   549   550