Page 541 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 541
Seçilmiş əsərləri
nin iqamətgahında yerli qızlar öz evlərindəki kimiydilər.
Bu da böyük hay-küy yaratmışdı. Orada yaşayan həm-
vətənlərimizin və məmurların xanımlarının şikayətləri
ara vermirmiş. Bundan sonra qərara alınıb ki, quberna-
tor gərək öz hərəkəti və davranışıyla hamıya nümunə
olsun. Mən etiraz eləmək istədim. Razılaşmadım. Ölkə
qarşısındakı xidmətlərimi sadalamağa başladım, dedim
ki, qarşıdan gələn seçkilərdə mənim əmioğlum onlara
çox faydalı ola bilər. Amma mənim dəlillərim nazirdə
heç bir təsir buraxmadı. O dediyindən dönmədi. Nə-
hayət, ümidsizliyə qapılmış halda ucadan:
– Bəs mən neyləyim? – dedim.
Nazir mənə məsləhət verdi.
– Siz evlənməlisiniz.
– Mənim bir tanış qadınım belə yoxdu. Qadınlar
arasınla arzulananlardan olmamışam. Yaşım da qırx doq-
quzdu. İndi özümə arvadı necə tapım?
– Bundan asan nə var? Qəzetdə elan verin.
Elə haldaydım ki, dilim-ağzım qurumuşdu. Sağolla-
şanda nazir:
– Necə lazımdı, fikirləşin, – dedi. – Bir aya arvad ta-
pırsınızsa, gedirsiz, tapmırsınızsa, o yer sizlik deyil. Bu,
mənim son sözümdü.
Sonra o, azca gülümsədi. Bu vəziyyət, yəqin, ona
kifayət qədər məzəli görünürdü:
– Əgər qəzetə elan vermək qərarına gəlsəniz, sizə
«Fiqaro»nu məsləhət görərdim.
Nazirlikdən çıxanda hiss elədim ki, ürəyimin kədə-
rini daşıya bilmirəm. Təklif olunan yerlə tanış idim və
ora məni hərtərəfli təmin eləyirdi. Oranın iqlimi dözülə-
siydi, iqamətgah da geniş və rahat idi. Qubernator ol-
maq perspektivi mənə, əlbəttə, xoş gəlirdi, məvacibə
gəlincə, donanma zabiti kimi aldığım təqaüddən başqa
cibimə qara qəpiyin də girmədiyini nəzərə alsam, mənə
artıqlıq eləməzdi. «Fiqaro»nun redaksiyasına yollanıb
541