Page 539 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 539
Seçilmiş əsərləri
– Bilirsiniz, bu gün arvadıma rast gəldiyim günün
ildönümüdür – dedi. – Bu gün həm də onun mənim hə-
yat yoldaşım olmağa razılıq verdiyi günün ildönümü-
dür. Sizə qəribə görünə bilər, amma inanın ki, hər ikisi
eyni gündə olub.
Arvadı qınayıcı tərzdə:
– Voyons, mon ami1, – dedi. – Sən məgər bu köhnə
tarixçəylə hamının başını ağrıtmaq niyyətindəsən? Sən
tamam dözülməzsən.
Amma iri, ciddi sifətinə təbəssüm qonmuşdu və
hiss olunurdu ki, o qadın bu tarixçəni bir də eşitməyin
əleyhinə deyil.
– Amma axı onlar üçün maraqlı olacaq, mon petit
chou2.
Arvadına çox vaxt belə müraciət eləyirdi. Bu, onun
statusu, ciddiliyi və boyunun balacalığının müqabilində
kifayət qədər gülməli mənzərə yaradırdı. Sonra mənə
müraciətlə:
– Məgər belə deyil, monsieur, – dedi. – Bu, çox ro-
mantik əhvalatdı. Məgər biz hamımız qəlbən romantik
insanlar deyilik, xüsusən də belə bir gözəl gecədə?
Mən qubernatoru əmin elədim ki, onu dinləmək çox
xoş olardı, belçikalı polkovnik yaxşı tərbiyə aldığını
nümayiş eləmək üçün bu fürsəti də qaçırmaq istəmədi.
– Bilirsinizmi, bizim nikah, sözün əsl mənasında,
hesablanmış nikah idi.
Arvadı da onu təsdiqləyib.
– C`est vrai3, – dedi. – Bunu inkar eləmək səhv olar-
dı. Amma bəzən məhəbbət toyacan yox, toydan sonra
gəlir. Əsl məhəbbət də elə budur. Belə məhəbbət uzun-
ömürlü olur.
1 voyons, mon ami – doğrudur, dostum (fran.).
2 mon petit chou – mənim balaca gülüm (fran.)
3 c`est vrai – bu, doğrudur (fran.).
539