Page 542 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 542
yam Somerset Moem

elanı yazdım və dərc olunmaq üçün verdim. Amma sizə
deyim ki, Yelisey çölləriylə addımlayanda ürəyim elə
döyünürdü ki, hətta mənim gəmim döyüşə hazırlaşanda
da belə döyünməmişdi.

– Mon cher monsieur1. İnanmaq çətin olsa da, mən
düz dörd min üç yüz yetmiş iki cavab aldım. Bu əsl sel
idi. Mən, uzağı, beş-on məktub gözləyirdim, amma
cavab o qədər idi ki, bütün poçtu hoteldəki nömrəmə
daşımaq üçün maşın tutmalı oldum. Otaq, sözün hərfi
mənasında, zirzibil içindəydi. Düz dörd min üç yüz
yetmiş iki qadın mənimlə tənhalığımı bölüşməyə, quber-
nator arvadı olmağa razılıq vermişdi. Mən heyrət
içindəydim. Onların arasında on yeddidən yetmişədək
bütün yaşda olanlar var idi. Aralarında əsil-nəcabətli,
mükəmməl təhsil görmüş, həyatlarının müəyyən dövr-
lərində xırda xətaya yol verərək boşanmış və indi öz
mövqeyini düzəltmək istəyənlər, ən faciəvi hadisələrdə
ərlərini itirmiş və qocalıqda övladları mənə təsəlli olacaq
dul qadınlar, sarışınlar və qarabənizlər, hündürlər və
alçaqlar, köklər və arıqlar – bir sözlə hər cürəsi vardı.
Birisi beş dildə sərbəst danışır, o birisi fortepianoda
gözəl çalır, biri mənə öz məhəbbətini təklif eləyir, o biri
məndən məhəbbət tələb edir, üçüncü mənə yalnız dərin
hörmətə dayanan sadiq dostluq vəd edir, dördüncü
özünü mal-mülk yiyəsi, varidat sahibi kimi təqdim
edirdi. Mən tamam əzilmişdim, nə eləyəcəyimi bil-
mirdim. Nəhayət, xaraktercə tez özündən çıxan adam
olduğumdan bütün bu məktubları şəkillər qarışıq
tapdalamağa başladım və qışqıra-qışqıra dedim ki, bu
dörd min üç yüz yetmiş iki qadının arasında mənim
arvadım olmağa yarayanı yoxdu. Həm də axı bircə ayın
içində mənim arvadım vəzifəsinə namizədlərin hamı-
sıyla görüşə biləcəyimə heç bir ümid yox idi. Mənə elə

1 mənim əziz müsyöm (fran.)

542
   537   538   539   540   541   542   543   544   545   546   547