Page 537 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 537
Seçilmiş əsərləri

– Əzizim, soruşur ki, fransızca danışa bilirsənmi?
– Buna bir bax! Nədi, bəlkə, elə bilir, mən Neapol-
danam?
Onda qubernator əl-qolunu ölçə-ölçə ingiliscə elə
üyüdüb-tökdü ki, onu anlamaq üçün fransızca bildiklə-
rimin hamısını işə salmalı oldum.
Mister Uilkins öz heyvanlarını göstərmək üçün dər-
hal onu aşağı çəkdi. Bir qədər sonra nahar eləmək üçün
hamılıqla təzədən rütubətli salona toplaşdıq. Quberna-
torun arvadı da gəlib çıxdı. Onu kapitanın sağ tərəfində
əyləşdirdilər. Qubernator onu buradakıların hamısına
təqdim etdi. Sonra o qadın nəzakətlə bizə təzim etdi. O,
əlli-əllibeşyaşlı hündür, yekəpər, gümrah bir qadın idi.
Əyninə qara ipəkdən bir qədər bağlı libas geyinmişdi.
Başında iri, girdə dəbilqə var idi. Onun ağzı-burnu elə
düz və iri, ölçüləri elə nəhəngiydi ki, adamın gözü qarşı-
sına matəm mərasimlərində öndə gedən əzəmətli qa-
dınlar gəlirdi. O, hansısa milli mərasimlərdə Amerikanı,
yaxud Britaniyanı bir rəmz kimi çox gözəl təqdim eləyə
bilərdi. O, öz miniatür ərinin qarşısında, sanki daxma
qarşısında göydələn kimi ucalırdı. O, nəfəs dərmədən
danışırdı, hazırcavablığıyla seçilirdi, daha məzəli bir
əhvalat nəql eləyəndə isə onun iri cizgilərinin üstə geniş,
nəcib təbəssüm qonurdu.
Qadın:
– Que tu es b te, mon ami1, – deyib kapitana sarı
döndü və əlavə elədi. – Xahiş eləyirəm ona fikir vermə-
yəsiniz. O, həmişə belədi.
Biz, doğrudan da, naharımızı şən keçirdik və hər
şey yeyiləndən sonra günorta istisini yuxuda keçirmək
üçün hər kəs öz kayutuna çəkildi. Belə balaca gəmidə ilk
dəfə tanış olduğun insanların gözlərindən yayınmaq
mümkün deyildi. Bunun üçün yeganə yol öz kayutunda

1 Bu nə təlxəklikdir belə, dostum mənim (fran.)?

537
   532   533   534   535   536   537   538   539   540   541   542