Page 500 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 500
yam Somerset Moem

Qatar tərpəndi və Eşenden yenidən yuxuya getdi.
Oyananda artıq səhər açılmışdı. Tənbəl-tənbəl böyrü
üstə çevrilib gördü ki, Meksikalı da oyaqdı. Siqaret ağ-
zındaca tüstülənirdi. Divanın altındakı döşəmə kötük-
lərlə doluydu, havanı da tüstü basmışdı. Axşam Eşendeni
yola gətirdi ki, pəncərəni açmasınlar. Səbəb də, guya
gecə havasının ziyanlı olmasıydı.

– Mən bayaqdan sizi oyatmamaq üçün qalxmıram.
Əl-üzünüzü birinci siz yuyacaqsınız, yoxsa mən gedim?

Eşenden:
– Mən tələsmirəm, – dedi.
– Mən çöl adamıyam, çox da vaxt getməyəcək. Siz
dişlərinizi hər gün yuyursunuz?
Eşenden:
– Hər gün, – dedi.
– Mən də. Nyu-Yorkda vərdiş elədim. Məncə, diş
kişinin yaraşığıdı.
Kupedə əlüzyuyan var idi və general onun üstündə
öskürə-öskürə, tüpürə-tüpürə cidd-cəhdlə dişlərini
təmizlədi. Sonra çamadanından odekolon çıxardı, onun-
la dəsmalının kənarını isladıb üzünə, əllərinə sürtdü.
Daha sonra daraq çıxarıb can-dildən, tük-tük parikini
daradı. Pariki başında çox rahat oturmuşdu. Ya gecəni
səliqəli yatmışdı, ya da ola bilsin, Eşenden yuxuda olan-
da onu yerinə oturtmuşdu. Nəhayət, çamadandan
dezodorant çıxarıb, ətrafa ətir yaydı. Köynəyini, pen-
cəyini, burun dəsmalını ətirə qərq etdi. Və ən nəhayət,
dünya qarşısında borcundan çıxdığına əmin olduğunu
dərk etmiş kimi özündənrazı ifadəylə Eşendenə baxdı:
– Bax belə, indi mən yeni günü qarşılamağa tamam
hazıram. Olub-qalanımı burada saxlayıram, odekolon
sarıdan narahat olmayın, Parisin ən yaxşı markasıdı.

Eşenden cavabında:
– Təşəkkür eləyirəm, – dedi, – amma mənə sabunla
sudan başqa heç nə lazım deyil.

500
   495   496   497   498   499   500   501   502   503   504   505