Page 497 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 497
Seçilmiş əsərləri

kisiylə gedərdi. Amma bu da əsəbsiz ötüşməzdi, axı, hər
halda, belə çıxırdı ki, o az qala gecikəcəkdi.

Roma ekspressinin gəldiyini elan elədilər, amma
Tüksüz Meksikalı hələ də gözə dəymirdi. Qatar platfor-
maya yaxınlaşanda da ondan səs-soraq yox idi. Eşenden
əməlli-başlı həyəcanlandı. O, yeyin addımlarla perron
boyu gəzib gözləmə zalına baş çəkdi, yükün qeydiyyata
alındığı şöbədə oldu. Meksikalı, sanki qeybə çəkilmişdi.
Qatarda yataq vaqonu yox idi, amma Lionda xeyli
sərnişin düşdüyündən Eşenden birincidərəcəli kupedə
iki yer tutmuşdu. İndi ayaq üstə dayanıb platformanı
gözdən keçirirdi, ara-sıra vağzal saatına baxırdı.
Meksikalısız getməyin heç bir mənası yox idi. Qərara
aldı ki, qatar yola düşmək üçün siqnalını verən kimi
vaqonu tərk eləsin. Əvəzində, tapılanda o Meksikalını
bir günə qoyacaqdı, bir günə qoyacaqdı ki... Üç, iki, bir
dəqiqə qalırdı. Vağzal boşaldı, sərnişinlər hamısı öz
yerlərini tutdular. Elə bu vaxt Tüksüz Meksikalını gör-
dü. O, əllərində çamadan tutmuş iki hambalın və han-
sısa bir cənabın müşayiətiylə tələsmədən gəlirdi.
Meksikalı Eşendeni görüb əl elədi.

– Hə, bu da siz, dostum, mən də bayaqdan nara-
hatam, görən, hardasınız?

– İlahi, tələsin, qatar indi tərpənəcək.
– Mənsiz getməz. Barı yerimiz yaxşıdımı? Vağzalın
rəisi yatmaq üçün evinə getdi, bu, onun köməkçisidi.
Həmin cənab Eşendeni başını tərpətməyinin
qarşılığında başını tərpətdi.
Meksikalı qılıqlı tərzdə vağzal rəisinin köməkçisinin
üzünə gülüb:
– Amma axı bu, adi vaqondu, – dedi. – Mən belə-
sində gedə bilmərəm. Siz mənim üçün yaxşısını təşkil
eləməlisiniz, mon cher.
– Gertainment, mon general, sizi salon-litdə yerləş-
dirərəm. Əlbəttə, bu, bizim üçün şərəfdi.

497
   492   493   494   495   496   497   498   499   500   501   502