Page 496 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 496
yam Somerset Moem

On dəqiqə sonra Eşenden vağzala yollandı.
Çamadan da hambalın kürəyində onunla bərabər
gedirdi.
Qatarın tərpənməyinə, təxminən, iki saat qalmışdı.
Eşenden gözləmə zalında yerini rahatladı və əyləşib
roman oxumağa başladı. Onları Romaya qədər aparacaq
Paris qatarı artıq yerindəydi, amma Tüksüz Meksikalı-
dan səs-soraq yox idi. Eşenden azca əsəbiləşdi və qalxıb
onu platformada axtarmağa çıxdı. Eşenden hamıya bəlli
“yol xəstəliyi” deyilən naxoşluğa çoxdan mübtəlaydı.
Cədvəldə qeyd olunmuş vaxta bir saat qalmışdan
həyəcan keçirməyə başlayırdı ki, birdən qatar onsuz
tərpənər. Mehmanxana xidmətçiləri çamadanlarını
nömrədən bir az gec çıxaranda narahat olmağa başlayır-
dı, vağzala yollananda sürücü bir az ləng sürəndə
əsəbiləşirdi, tıxaclar onu lap haldan çıxarırdı, vağzal
hamballarının ləngliyi isə lap havalandırırdı. Elə bil bü-
tün dünya dilləşib işi elə qurmuşdu ki, o, qatara
geciksin: qabaqdan gələnlər perrona çıxmasına imkan
vermirlər, kassanın qarşısında başqa reyslərə bilet
alanların əlindən tərpənməyə yer yoxdu, özü də pulun
qalığını elə ləng sayırlar ki, lap adamın ürəyi sıxılır,
yükün qeydiyyatı da xeyli vaxt aparır, Eşenden əgər tək
getmirdisə, bu zaman həmişə yol yoldaşı qəflətən ya
qəzet almaq, ya perronda gəzişmək adıyla aradan
çıxmalıydı və o, qəti əmin idi ki, həmin adam mütləq
qatara gecikəcək, çünki ya, kim bilir, kiminləsə çənə
vurmalı, ya da harasa təcili zəng eləmək üçün özünü
vağzalın binasına çatdırmalıdır. Sadəcə, dünyəvi qiyam,
buna başqa ad vermək mümkün deyildi. Eşenden, elə
bil iynə üstə oturmuş kimi qalardı, kupenin küncündəki
qanuni yeri və artıq başının üstündəki tordan baxan
çamadanı onu gözləyə-gözləyə qalardı. Qatarın tər-
pənməsinə isə nə az, nə çox, düz yarım saat var idi.
Bəzən o, vağzala elə erkən gələrdi ki, öz reysindən əvvəl-

496
   491   492   493   494   495   496   497   498   499   500   501