Page 494 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 494
yam Somerset Moem

– Bəs sizin yükünüz?
R. bu dəfə eyni sualı Eşendenə ünvanladı.
– Məndə cəmi bir çamadandı. O da öz nömrəmdə-
dir.
– Nə qədər ki mehmanxanada adam var, tapşırın
onu vağzala aparsınlar. Sizin qatar saat onda tərpənir.
– Belə de?
Eşenden onların səfərinin bu günə təyin olunduğu-
nu ancaq indi bildi.
– Hesab eləyirəm ki, Neapola, imkan daxilində, tez
çatmalısınız.
– Oldu.
R. ayağa qalxdı.
– Sizi bilmirəm, amma mən yatmağa gedirəm.
Tüksüz Meksikalı:
– Mən Lionda bir az gəzişəcəm, – dedi, – həyat çox
maraqlı şeydi. Polkovnik, mənə əlborcu yüz funt verin.
Yanımda xırda yoxdu.
R. pul kisəsindən bir əsginas çıxarıb generala verdi.
Sonra üzünü Eşendenə tutdu:
– Bəs siz nə fikirdəsiniz? Vaxtınızı burada öldürə-
cəksiniz?
Eşenden cavabında:
– Yox, – dedi, – vağzala gedib kitab oxuyacam.
– Gəlin sağollaşmaqdan öncə bir sodalı viski içək.
Siz nə deyirsiniz, Manuel?
– Təşəkkür edirəm, amma mən şampanla konyaka
üstünlük verirəm.
R. çox ciddi tərzdə soruşdu:
– Qarışdırırsınız?
– Elə də vacib deyil.
Eyni ciddiliklə də meksikalı cavab verdi.
R. konyak və sodalı viski sifariş elədi. Dediyini
gətirəndə R. və Eşenden özlərinə sodalı viski süzdülər,
Tüksüz Meksikalı isə öz stəkanının dörddə üçünü qat-
qısız-filansız konyakla doldurub ikisəsli qurtumla dibinə

494
   489   490   491   492   493   494   495   496   497   498   499