Page 498 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 498
yam Somerset Moem
Vağzal rəisinin köməkçisi onları perronla gətirib
ikiyataqlı boş kupeyə saldı. Meksikalı razılıqla kupenin
ora-burasına baxdı. Hamballar yükü yerləşdirdilər. Mek-
sikalı həmin cənaba əlini uzadıb:
– Bax, bu, başqa məsələ, – dedi. – Sizin bu yaxşılığı-
nızı unutmaram və nazirlə görüşən kimi mənə qarşı bu
diqqətinizi mütləq ona çatdıracam.
– Siz çox lütfkarsınız, general. Sizə çox minnətda-
ram.
Fit çalındı və qatar tərpəndi. Meksikalı:
– Elə bilirəm, quruca birinci klassdansa, bu, yaxşıdı, –
dedi. – Təcrübəli səyyahlar gərək canlarının qədrini bil-
sinlər.
Amma Eşendenin hirsi hələ soyumamışdı.
– Başa düşə bilmirəm, nədən siz hər şeyi son dəqi-
qəyə saxladınız. Siz gələnə qədər qatar tərpənsəydi, necə
olacaqdı?
– Dostum, belə bir təhlükə yox idi. Mən bura gələn
kimi vağzalın rəisini özüm barədə məlumatlandırdım.
Dedim, mən Meksika ordusunun baş komandanı gene-
ral Karnayam, ingilis feldmarşalıyla qısamüddətli görüş
üçün Liona gəlmişəm. Ondan xahiş elədim ki, mən
vağzala qayıdanacan qatarı ləngitsin. Ona başa saldım
ki, bu təqdirdə, çox güman, mənim hökumətim onu or-
denlə təltif etməyi özünə şərəf biləcək. Lionda mən artıq
olmuşam, düzdü, Parislə müqayisə oluna bilməsə də,
buranın qadınları da pis deyil. Şübhəsiz, onlarda nəsə
var, hə, onlarda da nəsə var. Yatmazdan qabaq bir qur-
tum konyak istərdinizmi?
Eşenden qaşqabaqlı tərzdə:
– Yox, təşəkkür eləyirəm, – dedi.
– Mən həmişə yatmazdan öncə bir stəkan ötürürəm.
Bu, əsəbləri sakitləşdirir.
O, əlini çamadanına salıb eşələyib-eləmədən oradan
bir şüşə konyak çıxarıb ağzına apardı və bir neçə sam-
498