Page 501 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 501
Seçilmiş əsərləri
– Su? Mən şəxsən sudan istifadə eləmirəm, olsa-
olsa, vanna qəbul eləyəndə dadıma çatır. Su dəriyə çox
ziyandı.
Sərhədə çataçatda Eşenden gecəyarısı yerindən dik
atılan Meksikalının qəribə jestini xatırlayıb ona təklif etdi:
– Əgər yanınızda revolver varsa, yaxşısı budur,
mənə verəsiniz. Məndə dipomatik pasportdu, üstümü,
çətin, yoxlayalar, amma sizinlə maraqlana bilərlər, niyə
durduğumuz yerdə başımıza iş açaq.
Meksikalı şalvarının cibindən bircə görünüşüylə
adamı vahiməyə salan içi dolu iri revolveri çıxarıb dili-
nin altında mızıldana-mızıldana:
– Buna heç silah da demək olmaz, uşaq oyuncağıdı,
– dedi. – Amma lap birsaatlığa da olsa, ondan ayrılmaq
istəmirəm. Onsuz özümü nəsə, elə bil yarıçılpaq adam
kimi hiss eləyirəm. Amma siz haqlısınız, risk eləyə bil-
mərik. Mən bu bıçağı sizə verirəm. Ümumiyyətlə, mən
revolverdənsə, bıçağa üstünlük verirəm. Məncə, bıçaq
daha incə silahdı.
Eşenden:
– Necə vərdiş eləməyindəndi, – dedi. – Ola bilsin,
bıçaq sizin üçün daha doğmadı.
– Bəli. Tətiyi hamı çəkə bilər, amma bıçaq əsl kişi
silahıdı.
Və o, Eşendenin gözü qarşısında ildırımsürətli hərə-
kətlə jiletini açıb qarnından uzun, vahiməli bir bıçaq çı-
xarıb açdı. Həmin xəncəri iri, bədheybət və lüt sifətindən
boylanan özündənrazı təbəssümlə Eşendenə sarı tutdu:
– Mister Somervill, yeri gəlmişkən, əla şeydi. Öm-
rümdə bundan yaxşı kəsici görməmişəm. Ülgüc kimi iti,
polad kimi möhkəmdi, papiros kağızını da kəsir, amma
istəsə, lap palıdı da vurub yerə yıxar. Quruluşu sadədir,
əyilib eləmir, başqa tərəfdən baxanda adi bıçaq kimi də
istifadə eləmək olar. Məktəbli uşaqlar belələriylə parta-
nın üstünü cızırlar.
501