Page 491 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 491
Seçilmiş əsərləri
na gedən bir xanımla söhbətimiz pis alınmadı. Düzdü,
mən daha çox xeyli cavan və arıqları bəyənirəm, amma
neyləmək olar, bu da keçər. Bir-iki saat vaxt öldürməyə
kömək elədi.
R. dərhal:
– İndi də işə keçək, – dedi.
Tüksüz Meksikalı:
– Polkovnik, sizin qulluğunuzda hazıram, – deyib
Eşendenə baxdı:
– Mister Somervill hərbçidi?
R. cavabında:
– Yox, – dedi, – yazıçıdı.
– Hə, neynək, necə deyərlər, dünyada bir-biriylə ey-
ni olan bir yarpaq da yoxdu. Mən mister Somervillə
tanışlığıma şadam. Məndə sizin üçün maraqlı olacaq
xeyli əhvalat var. Əminəm ki, sizinlə bizim yoldaşlığımız
əla tutacaq. Yeri gəlmişkən, mən əsəb yığnağıyam, bə-
yənmədiyim bir insanla işbirliyim olanda o dünyanı gö-
rüb gəlirəm.
Eşenden:
– Ümidvaram ki, bizim səyahətimiz xoş keçəcək, –
dedi.
Meksikalı R.dən soruşdu:
– Həmin cənab Brindizidə nə vaxt olacaq?
– O, on dördü “İtaka”yla Pireydən üzüb gələcək.
Çox güman ki, köhnə bir bərədi, amma yaxşı olardı, siz
Brindiziyə daha əvvəl gələsiniz.
– Sizinlə tamamilə razıyam.
R. kreslodan qalxıb əli cibində arxasını stolun
küncünə dayadı. O, özünün açıq yaxalıqlı nimdaş
kitelində başdan-ayağacan geyimli-kecimli Meksikalının
yanında kifayət qədər sönük görünürdü.
– Sizin icra edəcəyiniz tapşırıq barədə mister
Somervillin, demək olar ki, heç bir məlumatı yoxdu. Və
mən istəməzdim ki, onu məlumatlandırasınız. Məncə,
siz dilinizi dinc saxlasanız, daha yaxşı olar. Onun peşəsi
491