Page 490 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 490
yam Somerset Moem
Tüksüz Meksikalı kifayət qədər hündür və bu boyla
müqayisədə arıq idi. Amma hiss olunurdu ki, fiziki cə-
hətdən güclü adamdı. Geyiminə gəlincə, əynində dəbə
uyğun yaşıl kostyum var idi, ipək burun dəsmalının bir
ucu döş cibindən kənara çıxmışdı, qolunda qızıl qolbağı
bərq vururdu. Ağzı-burnu qeyri-adi dərəcədə iri olsa da,
əyri-üyrülüyü yox idi, qəhvəyi gözləri bulanıqtəhəriydi.
Onda tük deyilən şeydən əsər-əlamət yox idi. Sarımtıl
dərisi lap qadın dərisi kimi hamar idi. Nə qaşı, nə də kir-
piyi vardı. Başında kifayət qədər uzun, açıq-şabalıdı
parik bilərəkdən lap artistlərinki kimi çiyinlərinə tökül-
müşdü. Bu süni saç və hamar, solğun-sarımtıl sima o
kostyumla vəhdətdə ilk baxışdan adamda vahimə yara-
dırdı. Tüksüz Meksikalının görkəmi adamda ikrah hissi
oyadırdı, amma bununla belə, gözünü ondan çəkə bil-
mirdin. Onun bu qəribəliyində nəsə bir cazibə vardı.
Oturanda qırış əmələ gəlməsin deyə, şalvarını yu-
xarı dartdı.
R. dostyana zarafatla:
– Hə, Manuel, bu gün neçə nəfərin ürəyini sındırmı-
san.
General üzünü Eşendenə tutdu:
– Bizim əziz dostumuz, polkovnik, mənim zərif
cinsin arasındakı uğurlarıma həsəd aparır. Mən də onu
əmin eləyirəm ki, əgər mənə qulaq assa, özü də qələbə
qazana bilər. Bu işdə bir şey lazımdı, özünəinam, vəssa-
lam. Əgər əmin olsan ki, sənə dirsək göstərməyəcəklər,
o dirsəyi heç vaxt görməyəcəksən.
– Boş şeydi, Manuel, burada gərək sizdəki kimi
anadangəlmə istedad ola. Sizdə qadınları özünə cəlb elə-
yən nəsə var.
Tüksüz Meksikalı heç də gizlətmək istəmədiyi
özündənrazılıqla gülümsədi. İngiliscə o, əla danışırdı:
ispan aksenti və Amerika intonasiyası ilə.
– Polkovnik, bir halda ki, soruşursunuz, gərək etiraf
eləyəm. Hə, qatarda qayınanasına baş çəkmək üçün Lio-
490