Page 488 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 488
yam Somerset Moem
tallığa qapanıb onlara insan kimi yanaşsa, çox böyük xə-
taya yol vermiş olar.
– Amma məsələ burasındadı ki, həmin fişkaların
ağlı, hissi yerindədir axı. Əgər onun adam yerinə
qoyulmadığını bilsə, bir də gördün, xidmətdən imtina
elədi.
– Yox, məsələ heç də onda deyil. Belə məlumat
almışıq ki, Konstantin Andreadi adlı birisi bizə lazımlı
bir neçə sənədlə artıq Konstantinopoldan çıxıb. O,
yunandı, Ənvər paşanın casusudu, özü də Ənvər ona
çox etibar eləyir. Ənvər bu sənədlərin nə qədər vacib və
məxfi olduqları barədə ona şifahi xəbərdarlıq eləyib.
Deyib ki, bu kağızlardan bərk muğayat olmalıdır. Hə-
min adam Pireydən “İtaka” gəmisində çıxır, Brindizidə
düşəcək, oradan da Romaya istiqamət alacaq. O, sə-
nədləri Almaniya səfirliyinə, şifahi məlumatları şəxsən
səfirə çatdırmalıdır.
– Belə. Aydındı.
Həmin vaxt İtaliya hələ ki neytrallığını qoruyub
saxlayırdı. Böyük dövlətlər onu bu mövqedə saxlamaq
üçün qüvvələrini səfərbər eləmişdilər, müttəfiqlər isə bu
ölkəyə təzyiq göstərirdilər.
– Biz İtaliya hakimiyyəti ilə münaqişə istəmirik. Bu,
çox ağır fəsadlara gətirib çıxara bilər. Andreadinin
İtaliyaya gəlməsinə imkan vermək olmaz.
– Nəyin bahasına olsa da?
R. acı təbəssümlə:
– Baha, ya ucuz: puldan narahat olmayın, – dedi.
– Nə təklif olunur?
– Bu, sizlik deyil.
– Mənim təxəyyülümə söz ola bilməz.
– İstəyirəm, siz Tüksüz Meksikalıyla birlikdə Nea-
pola gedəsiniz. Tüksüz Meksikalı indi Kubaya can atır.
Dostları orada mitinqlərə hazırlaşırlar, o da yaxında
olmaq istəyir ki, imkan düşən kimi bir sıçrayışla Mek-
488