Page 483 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 483
Seçilmiş əsərləri
lular dadlı yeməklərin bazıdılar) kiminsə qulağının sənə
tuşlandığına əmin ola bilmərsən. Bir də gördün, ağzın-
dan çıxan maraqlı bir xəbəri göydə tutub öz malları
elədilər. Odur ki onlar dəxli olmayan mövzular ətrafın-
da danışırdılar. Dəbdəbəli yeyib-içmək mərasimi sona
yaxınlaşmaq üzrəydi. R. təklif elədi:
– Bəlkə, konyakdan bir az da içək?
Ölçüdən çıxmamağa daha meyilli olan Eşenden
cavabında:
– Lazım deyil, – dedi, – çox sağ ol.
R.:
– Müharibənin ağırlığını imkan daxilində yüngül-
ləşdirmək lazımdı, – dedi və şüşəni əlinə alıb özünə də,
Eşendenə də konyak süzdü.
Eşenden etiraz eləməyin yeri olmadığını başa düşüb
dinməzcə razılaşmalı oldu, amma şefin şüşəni düz tut-
madığına düzəliş verməyə özündə cəsarət tapdı. Asta-
dan:
– Gənc vaxtlarımızda bizə öyrətmişdilər ki, gərək
qadını belindən, şüşəni boğazından tutasan, – dedi.
– Yaxşı ki, bunu mənə dediniz. Mən bundan sonra
da şüşəni belindən tutub, qadının böyründən keçəcəm.
Eşenden cavab verməyə söz tapmadı. O, xırda qur-
tumlarla konyakı içdiyi müddətdə R. göstəriş verdi ki,
hesabı gətirsinlər. R., şübhəsiz, nüfuzlu insan idi, işçi-
lərinin əksəriyyəti ruhuyla, canıyla ondan asılıydı, o
boyda imperiyanın taleyini həll eləyənlər belə onun fik-
rinə qulaq asırdılar. Amma ofisianta çaypulu vermək ki-
mi adi bir məsələdə o, həmişə özünü itirirdi və bu,
kənardan baxanların da gözündən yayınmırdı. O qor-
xurdu ki, pulu artıq versə, axmaq yerində qalacaq, az
versə, ofisiantın buz kimi soyuq nifrətini qazanacaq. He-
sabı gətirəndə o, Eşendenə bir neçə yüzfranklıq əsginas
uzadıb xahiş elədi:
– Onunla haqq-hesabı siz çəkin, yaxşımı? Mənim
Fransadakı qiymətlərdən başım çıxmır.
483