Page 480 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 480
yam Somerset Moem
Ledi Frederik. Amma o yeməkləri yaxşı bir fransız
aşpazı hazırlayacaq. Bu, tamam başqa məsələ.
Foulds. Mənə qoşulmaq istəyirsən?
Ledi Frederik. Mən?
Foulds. Hə, sən.
Ledi Frederik. Bu gün mənim də ən uğurlu günüm-
dü. Daha bir eşq elanı.
Foulds. Belə çıxır.
Ledi Frederik. Bir səhərə dördüncü təklif.
Foulds. Belə görünür, “yox” sözünü çox tez-tez de-
məli olmusan.
Ledi Frederik. Səhər onda yanıma gəl, mənim necə
qrimləndiyimə tamaşa elə.
Foulds. Elə bilirsən, bu, məni qorxudacaq? Elə bilir-
sən, süni rənglərin içində itib-batmış o sifətin arxasında
ürəyimə doğma Betsinin gizləndiyindən xəbərim yox-
dumu? Saf və təmizqəlbli Betsim!
Ledi Frederik. Sentimentallıq lazım deyil, mən indi
ağlayacam.
Foulds. Deməli?
Ledi Frederik (Azca titrək səslə). Paradayn, doğru-
danmı, bütün bu illərdən sonra sən hələ də məni sevir-
sən?
Foulds. Hə. (Ledi Frederik dodaqları əsə-əsə ona baxır.
Foulds əlini ona uzadır və Ledi Frederik özünü saxlaya
bilməyərək onun sinəsinə qısılır.) Axmaqlıq eləmə, Betsi...
bilirəm, bircə saniyədən sonra deyəcəksən ki, mən sənin
sevdiyin yeganə kişiyəm.
Ledi Frederik. (Başını qaldırıb gülərək). Olmaz axı...
Bəs sənin bacın nə deyər?
Foulds. Ona deyərəm ki, bu, Çarlini sənin caynağın-
dan qurtarmaq üçün yeganə yol idi.
Ledi Frederik. Nə?
Foulds. Ona görə də səni özüm almalı oldum.
Ledi Frederik (Üz-gözünü turşudur). Heyvərə!
(Foulds Ledi Frederikin dodaqlarından öpür.)
480