Page 479 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 479
Seçilmiş əsərləri

Admiral. Di haydı, mən başmaq seyrinə çıxmalı-
yam.

Ledi Frederik. Rouzla Cerald da sizinlə gəzər. Na-
hardan əvvəl görüşərik.

Admiral. Əlbəttə, əlbəttə.
(Admiral, Rouz və Cerald çıxır. Ledi Frederik Paradayna
yaxınlaşıb əlindən tutur.)
Ledi Frederik. Çox sağ ol. Sən əsl dostsan.
Foulds. İlahi, sənin gözlərin necə də bərq vurur.
Ledi Frederik. Bu, sadəcə, belladonnadır.
Foulds. Əzizim, mən bacım oğlu qədər sadəlövh
deyiləm.
Ledi Frederik. Niyə belə elədin?
Foulds. Bilirsənmi, minnətdarlıq nə olan şeydir?
Ledi Frederik. Bu, gələcək yaxşı günlərə ümidlə
keçmiş günlərə sağ ol deməkdir.
Foulds. Dünən sən mənim bacımı diri-diri basdıra
bilərdin. Hətta özü də səni buna təhrik eləyirdi. Amma
sən o lənətəgəlmiş məktubları yandırmağı üstün tutdun.
Ledi Frederik. Əziz Paradayn, ürəyimin genişliyi
qarşısında həmişə aciz qalıram. Gələcək yaxşı günləri
neyləyək?
Foulds. Məsələn, kapitalın beş faizi.
Ledi Frederik. Başa düşə bilmirəm, niyə axı sən elə
hey əlimi sıxırsan?
Foulds. Elə bu da məsələnin bir tərəfidi. Bu cür ni-
zamsız həyat tərzi səni bezdirməyib?
Ledi Frederik. Əzizim, bezdirib də sözdü. Elə
bezdirib ki... Mən artıq bu yer üzündən qaçıb bir sərgər-
dan komasında gizlənmək istəyirəm.
Foulds. Təsəvvür elə ki, mən də o gündəyəm. Bu
günlərdə mən Park-Leyndə bir daxma kirələmişəm.
Ledi Frederik. Sərgərdan üçün münasib yerdir:
hörmətlidir, amma o qədər vəhşi yer deyil.
Foulds. Mən orada gizli və sakit həyat sürmək niy-
yətindəyəm, yediyim də ancaq qurudulmuş bitki kökləri
olacaq.

479
   474   475   476   477   478   479   480   481   482   483   484