Page 484 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 484
yam Somerset Moem
Xidmətçi onların paltosunu və şlyapasını verdi.
Eşenden soruşdu:
– Mehmanxanaya qayıtmaq istəyirsinizmi?
– Olar.
Yaz hələ təzəcə girmişdi. Amma axşama yaxın hava
bərk isindi. Odur ki, onlar paltonu qollarının üstə aşırıb
addımlayırdılar. Şefin qonaq otağı olan nömrələri
bəyəndiyini bildiyindən Eşenden ona ikiotaqlı nömrə
sifariş eləmişdi. İndi də elə ora yön almışdılar. Geniş
sahəsi, hündür tavanı olan köhnədəbli bir mehmanxa-
naydı. Qonaq otağında qırmızı ağacdan olan əzəmətli
mebel yaşıl məxmər parçayla işlənmişdi. Kreslolar bö-
yük stolun ətrafında ərklə dayanmışdılar. Solğun divar
kağızlarının üstünə Napoleonun döyüşlərinin təsvir
olunduğu nəhəng qravürlər həkk edilmişdi, tavandan
lampaları, ilk əvvəl, qazla, sonradan elektriklə işləyən
əzəmətli çilçıraq asılmışdı. Onlar bu qaşqabaqlı otağı işıq
selinə qərq eləmişdilər.
R. içəri keçən kimi:
– Gözəldi, – dedi.
Eşenden düzəliş verdi:
– Elə də rahat yerə oxşamır.
– Razıyam, amma hər şeydən göründüyü kimi, bu-
rada bundan yaxşı otaq yoxdu. Deməli, hər şey gözəldi.
O, məxmər kreslodan birini stoldan aralayıb əyləşdi
və bir siqar yandırdı. Bu zaman toqqasını azca boşaldıb
kitelin düymələrini açdı.
– Əvvəl elə bilirdim, Manila siqarından yaxşısı
yoxdu, – dedi. – Müharibə başlayandan sonra Havana
siqarlarına aşiq oldum. Amma müharibə əbədi davam
eləyə bilməz.
Ağzının kənarlarında təbəssümə oxşar bir şey əmə-
lə gəldi.
– Belə baxanda, hər şeyin müsbət tərəfi də var. Necə
deyərlər, külək həm də sərinlik gətirir.
484