Page 486 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 486
yam Somerset Moem

“general” çağırın. İsrar eləyir ki, bəs Uertanın, hə, ya-
dımdadı, Uertanın ordusunda general olub. Hər halda,
sözlərinə görə, əgər vəziyyət başqa cür cərəyan eləsəydi,
indi o, hərbi nazir, hörmət-izzət sahibi idi. O bizə, doğ-
rudan da, qiymətli insan təsiri bağışladı. Onun barəsində
pis heç nə deyə bilmərəm. Amma bir iş var ki, ətirlən-
məyi yaman xoşlayır. – Eşenden soruşdu:

– Burada mənlik nə var?
– O, İtaliyaya gedir. Mənim ona kifayət qədər qəliz
tapşırığım var. İstəyirəm, siz onun yaxınlığında olasınız.
Mən ona böyük məbləğ etibar eləyə bilmərəm. O həm
qumarın, həm də qadının yaman bazıdı. Siz Cenevrədən
Eşendenin adına pasportla gəlmisiniz?
– Bəli.
– Mən də sizin üçün Somervillin adına bir başqası,
yeri gəlmişkən, diplomatik pasport var. Fransaya, İtali-
yaya vizası da açılıb. Elə bilirəm, birlikdə getsəniz, yax-
şı olar. O, diribaş adamdı, onunla yaxından tanışlıq
sənin xeyrinə olar.
– Bəs tapşırıq nə olacaq?
– Sizi bu işə hara qədər qatmaq olar sualını mən
hələ özümçün tam müəyyənləşdirməmişəm.
Eşenden susdu. Onlar bir-birlərinə eynən qarşısın-
dakının kimliyini özü üçün ayırd eləmək istəyən kupe
qonşuları kimi baxdılar.
– Sizin yerinizdə olsam, imkan verərdim, daha çox
general danışsın. Yaxşı olardı, siz ona özünüz haqda
artıq söz deməyəsiniz. Sizi əmin eləyirəm ki, o, sual
verən deyil. Haradasa, onu centlmen adlandırmaq olar.
– Yeri gəlmişkən, bəs onun əsl adı nədi?
– Mən onu Manuel çağırıram. Amma bu adı
bəyəndiyinə əmin deyiləm. Onun adı Manuel Kar-
mondu.
– Sizin bəzi məsələlərlə bağlı susmağınızdan elə
bilirəm, o, yüksək əyarlı dələduzdu.

486
   481   482   483   484   485   486   487   488   489   490   491