Page 487 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 487
Seçilmiş əsərləri

R.nin ağımtıl-mavi gözləri güldü.
– Elə bilirəm, bu, çox kəskin ifadədir. Əlbəttə, o,
məxfi məktəbdə dərs keçib. Onun ədalətli oyun barədə
təsəvvürləri bizimki ilə o qədər də üst-üstə düşmür. Ola
bilsin, mən qızıl portsiqarı onun yanında qoymağa
ehtiyatlanardım. Əgər sizə pokerdə uduzub sonra port-
siqarınızı əkişdirsə, kart borcunu qaytarmaq üçün onu
dərhal girov qoyacaq. Əlinə azca fürsət düşən kimi
mütləq arvadınızı yoldan çıxaracaq, amma ağır günü-
nüzdə bir tikə çörəyini sizinlə bölməyə hazır olacaq.
Əgər patefonda Hunonun “Ave Maria”sını oxutsan, düz
onun yanında dayanıb göz yaşı axıdacaq, amma işdi,
ləyaqətini alçaldan bir hərəkətə yol versən, səni it kimi
gəbərdəcək. Məsələn, Meksikada adamla onun badəsi
arasında dayanmaq ona təhqir sayılır. Mənə danışırdı ki,
bir dəfə bir holland özü də bilmədən onunla badəsinin
arasından keçəndə revolverini çıxarıb onu güllələyibmiş.
– Və ona heç nə eləmədilər?
– Yox, o, çox hörmətli bir ailənin üzvüdür. İşi
bağladılar, qəzetlər yazdı ki, bəs həmin holland özünə
qəsd eləyib. Müəyyən mənada qəzetlər həqiqəti yazmış-
dı. Mənə elə gəlir ki, o Tüksüz Meksikalı üçün insan
həyatının elə də böyük dəyəri yoxdu.
R.yə diqqətlə qulaq asan Eşenden qəflətən diksinib
diqqətlə şefin sarımtıl, büzüşmüş, dərin qırışlar içində
itib-batan sifətinə baxdı. Bu sözün elə-belə deyilmədiyini
yaxşı başa düşürdü.
– Əslində, insan həyatının dəyəri barədə cəfəng-
cəfəng sözlər deyilir. Eyni şeyi, eyni uğurla pokerdə is-
tifadə olunan fişkalar1 barədə də demək olar. Onun
qiyməti sizin müəyyənləşdirdiyiniz qədərindədir, artıq,
ya əskik ola bilməz. Döyüşü idarə eləyən general üçün
əsgər olsa-olsa, fişka kimi bir şeydi. Əgər o, sentimen-

1 fişka – müxtəlif oyunlarda istifadə edilən daş, marka

487
   482   483   484   485   486   487   488   489   490   491   492