Page 475 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 475
Seçilmiş əsərləri
Admiral. Şübhəniz olmasın ki, bu qoca köpəkdə
həyat eşqi hələ də aşıb-daşır.
Ledi Frederik. Buna mənim şəkk-şübhəm yoxdu.
Admiral. Bəs onda sizə nə mane olur?
Ledi Frederik. Çoxuşaqlılıq perspektivi sizi qorxut-
mur ki?
Admiral. Nə?
Ledi Frederik. Təkcə mən özüm yox, uşaq-muşaq-
lar, ev adamları hamısı sizin olacaq.
Admiral. Bu haqda heç düşünməmişəm.
Ledi Frederik. Üstəlik, siz Rouzun atası, mən də
Ceraldın bacısıyam. Əgər biz evlənsək, öz qardaşımın
qayınanası olacam, qızlığım da mənim gəlinim olacaq.
Öz qızınız sizin, təxminən, baldızınız olacaq, kürəkəni-
niz də sizin ata nəsihətlərinizi məmnuniyyətlə yerinə
yetirəcək:
Admiral (Həvəsdən düşmüş halda). Nə?
Ledi Frederik. Bilmirəm, Bibliya belə şeylərə icazə
verir, ya yox, amma bütün hallarda bu həddən ziyadə
günahdı.
Admiral. Deyim ki, fikrimi dəyişdim, onların
nikahına icazə vermirəm?
Ledi Frederik. Yox, onda axı bizim... günah eləməyə
imkanımız olmayacaq.
Admiral. Mən bu haqda fikirləşmədim. Siz haq-
lısınız.
Ledi Frederik. Mənə acığınız tutmasın. Sizin
təklifiniz mənə çox xoşdu, sizə ürəkdən minnətdaram.
Admiral. Yaxşı, yaxşı, nə danışırsınız. Sadəcə, fikir-
ləşdim ki, belə olsa, yaxşıdı.
Ledi Frederik (Çağırır). Cerald, bura gəlin. (Onlar
daxil olurlar.) Biz hər şeyi danışdıq.
Cerald. Hər şey qaydasındadı?
Ledi Frederik. (Admirala baxaraq). Az-çox.
Admiral (Mızıldanır). Az-çox.
(Ledi Frederikin lakeyi daxil olur.)
475