Page 472 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 472
yam Somerset Moem

mən heç də ilahi varlıq yox, adi bir qadınam, başqala-
rından elə də fərqlənmirəm.

Foulds. Deməli, sənin məntiqin aydındı. Bəyən-
diyin istənilən adama ərə get, təkcə sevdiyindən başqa.

Ledi Frederik. Məgər məni sevən, eyni zamanda
büsbütün tanıyan adam tapa bilmərəm? Qoy o, məni
mükəmməllik mücəssəməsi hesab eləməkdənsə, bütün
zəif yerlərimi bilsin və buna boş yanaşsın.

Foulds. Haradan bilirsən ki, o gənci yolundan bir-
yolluq döndərdin?

Ledi Frederik. Mən ciddi ölçülər götürdüm. Onu
sağaltmaq istəyirəm. Mən məmnuniyyətlə ona ürəyimi
tam çılpaqlığıyla göstərə bilərdim, amma bu mümkün
deyil. Odur ki, ona başqa yerimi...

Foulds (Sözünü kəsərək). Necə?
Ledi Frederik (Gülərək). Axıra qədər göstərmədim.
Əynimdə xalat var idi, başqa şeylər də var idi. Amma
ona imkan yaratdım ki, bura gəlib məni kosmetikasız
görə bilsin. Əyləşib yanağımı necə boyadığıma baxırdı.
Foulds. Və o gənc axmaq elə bildi ki, səndə bu cidd-
cəhdlə üzünə sürtdüyün boyadan başqa bir şey yoxdu,
hə?
Ledi Frederik. O, özünü ləyaqətli apardı. Amma
mənə elə gəldi ki, rədd cavabımdan sonra, elə bil onun
çiynindən ağır yük götürüldü.
(Qapı döyülür.)
Cerald (Çöldən). Olar?
Ledi Frederik. Gəlin.
(Cerald, Rouz və admiral daxil olur.)
Cerald (Həyəcanla). Admiral əsl kişiymiş. Mən ona
hər şeyi danışdım.
Ledi Frederik. Söhbət nədən gedir? Sabahınız xeyir,
admiral.
Admiral. Sabahınız xeyir.
Cerald. Mən hər şeyi açıb-tökdüm. Rouza hər şeyi
danışdım.
Rouz. Biz birlikdə atamın yanına yollandıq.

472
   467   468   469   470   471   472   473   474   475   476   477