Page 468 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 468
yam Somerset Moem

Mereston. Nə səpkidə?
Ledi Frederik. Məgər məndə həyatımı sizinlə
bağlamağa azca meyl olsaydı, gözəlliyimin sandığını
açıb bütün pambığını qabağına tökərdimmi? Hə, nə
fikirləşirsiniz? Razılaşın ki, ağıl və sağlam düşüncə sarı-
dan mənə irad tutmaq olmaz. Əlbəttə ki, mən özüm
barədə illüziyaları dağıtmazdım, ən azı bal ayının axırı-
na qədər.
Mereston. Deməli, siz imtina eləyirsiniz?
Ledi Frederik. Məgər şad deyilsiniz?
Mereston. Yox, yox, yox.
Ledi Freerik (Onun əlini əlinə alaraq). Gəl ciddi olaq.
Siz qiyamət, ürəyəyatımlı bir gəncsiniz. Mən sizə heyra-
nam. Sizin iyirmi iki yaşınız var, mənim yaşım isə bircə
yaradana bəllidir. Mənim xaç suyuna salındığım kilsə
doğulduğum il yandı. Odur ki, heç özüm də bilmirəm,
yaşım neçədi.
Mereston (Gülərək). Hadisə harada olub?
Ledi Frederik. İrlandiyada.
Mereston. Belə də bilirdim.
Ledi Frederik. İndi mən zülmlə, ağlasığmaz əziy-
yətlərlə özümü cəmiyyət qarşısına layiqli görkəmdə
çıxara bilirəm. Əlim hələ bir o qədər süstləşməyib, bəşəriy-
yətin kişi cinsinin sadəlövh gözləri mənim təsviri sənətə
nə qədər minnətdar olduğumu ayırd eləyə bilmir. On
ildən sonra sizin otuz iki yaşınız olacaq. Əgər sizin həyat
yoldaşınız olsam, mənim bütün həyatım cavanlıq görün-
tüsünü saxlamağa həsr olunmalıdır. Ölüm-dirim müba-
rizəsi. Siz, yəqin, zamana tabe olmaq istəməyən qırış və
sallaqyanaqlı, sifətləri lay-lay ənlik içində itib-batan, daz
başlarını gizlətdikləri əcaib pariklərdə olan əldən düş-
müş qadınları az görməmisiniz. Mütləq saman rəngində
olan pırpız şinyon. Yadınıza salın, onların bu halına nə
qədər gülmüsünüz, onların keçmiş gözəlliklərinin qalığı
sizdə ikrah hissi oyadır. Mən bu zavallılara ürək ağrı-

468
   463   464   465   466   467   468   469   470   471   472   473