Page 470 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 470
yam Somerset Moem

Mereston. Bu, mənim yaramı sağaltmır. Sizin mənə
vurduğunuz yara çox dərindi.

Ledi Frelerik. O, tez bir zamanda qaysaq bağlaya-
caq. Siz öz yaşıdınız olan gözəl bir qıza vurulacaqsınız.
Onun yanaqları ənlik-kirşanın yox, gəncliyin hesabına
qızaracaq, gözləri cidd-cəhdlə rəngləndiyinə yox, sizə
aşiq olduğuna görə par-par yanacaq.

Mereston. Amma mən sizə kömək eləmək istəyi-
rəm. Siz çox çətin vəziyyətə düşmüsünüz. Ancaq mə-
nimlə nikah işləri yoluna qoya bilər.

Ledi Frederik. Əzizim, qurban getmək lazım deyil.
Çətinlik qadınların alın yazısıdı. Onlar belə şeylərə öy-
rəncəlidir.

Mereston. Bəs mən sizin üçün nə eləyə bilərəm?
Ledi Frederik. Heç nə, əzizim. Bu düyündən birtə-
hər çıxacam. Birinci dəfə deyil ki. Mənim üçün narahat
olma.
Mereston. Siz çox fərasətlisiniz.
Ledi Frederik. Deməli, danışdıq? Siz fikir eləmə-
yəcəksiniz ki?
Mereston. Çalışacağam.
Ledi Frederik. Məmnuniyyətlə, sizin alnınızı bir
mötəbər öpüşə qonaq eləyərdim, amma qorxuram izi
qalar.
(Lakey daxil olur və Paradayn Fouldsun gəlişini xəbər
verir.)
Foulds. Mane olmadım?
Ledi Frederik. Xeyr. Biz söhbəti yekunlaşdırdıq.
Foulds. Əgər hansısa bir insan dünyada ən yaxşı
qadının kim olduğunu bilmək istəsə, yanıma göndərin.
Mən düzgün cavabı ona verə bilərəm.
Ledi Frederik (Merestonun əlini tutaraq). Siz, sadəcə,
çox sevimlisiniz. Xudahafiz.
Mereston. Xudahafiz. Xeyirxahlığınıza görə çox sağ
olun.

470
   465   466   467   468   469   470   471   472   473   474   475