Page 469 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 469
Seçilmiş əsərləri

sıyla baxıram. Axı mən də belə olacam. Və əgər yanımda
sizin kimi bir təravətli gənc olacaqsa, insanlar qarşısına
çıxmağa üzüm gəlməyəcək. Amma əgər sizin həyat
yoldaşınız olmasam, qocalığı çox sakit qarşılayacam. Bi-
rinci ağ saçı dartıb qoparacam, ikincini də. Üçüncü pey-
da olanda təslim olub bütün ənlik-kirşanımı, karandaşımı
oda atacam.

Mereston. Elə bilirsiniz, mənim sizə münasibətim
dəyişəcək?

Ledi Frederik. Əziz dostum, mən bir an belə buna
şübhə eləmirəm. Özün təsəvvür elə, həmişə işığa arxa
çevirib oturan bir qadınla həyatını bağlamaq sənə nə
verəcək? Birdən siz hərdən məni öpmək istədiniz?

Mereston. Tamamilə mümkündü.
Ledi Frederik. Qəti olmaz! Siz mənim sifətimin
rəng qammasını pozarsınız. (Mereston dərindən ah çəkir.)
Ah çəkməyin, Çarli. Sizin mənə vurulmağınızın qarşısını
almamaqla mən lap heyvanlıq elədim. Amma mən də
insanam, sizin bu diqqətiniz mənə olmazın məmnunluq
gətirirdi.
Mereston. Vəssalam?
Ledi Frederik. Mən çox təsirlənmişəm. Odur ki, öz
imtinamla sizi sağaltmaq istəyirəm.
Mereston. Siz mənim ürəyimi parçalayırsınız.
Ledi Frederik. Əzizim, mən düz on beş yaşımdan
kişilərdən bu sözü eşidirəm, amma hələ bu vaxtacan
nəticə kimi onlardan hansısa birinin nəinki ürəyinin
parçalandığını, hətta iştahının qaçdığını belə görməmi-
şəm.
Mereston. Yəqin, siz bunu uşaq vurğunluğu kimi
qəbul eləyirsiniz?
Ledi Frederik. Oğlanın məhəbbəti kişinin məhəb-
bətindən güclü ola bilər. Bunu bilməyə ağlım çatır. Əgər
sizin hissləriniz mənə gülməli görünsəydi, belə məmnun
qalmazdım.

469
   464   465   466   467   468   469   470   471   472   473   474