Page 464 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 464
yam Somerset Moem

Mereston. Siz nə eləyirsiniz?
Ledi Frederik. Heyif ki, mən aktrisa deyiləm.
Aktrisaların işi daha asandı. Onlara yalnız projektor
işığında yaxşı görünmək lazımdı. Amma mən özümü o
əzazil günəşin işığına da hazırlamalıyam.
Mereston (Əsəbi tərzdə). Bəli, siz haqlısız.
Ledi Frederik. Yəqin, ananız sizdən dəhşətli nara-
zıdı. Paradayn lap havalanıb. Gələn görüşümüzdə ona
“Paradayn dayı” kimi müraciət eləyəcəm. Qoy özünü
elə də cavan bilməsin. Çarli, dünənki hərəkətinizə görə,
təsəvvürünüzə belə gəlməz ki, sizə necə minnətdaram.
Siz əsl kişi hərəkəti etdiniz.
Mereston. Sizin dilinizdən bunu eşitməyə şadam.
Ledi Frederik (Dönərək). Mən dəhşətli görkəmdə-
yəm, eləmi?
Mereston. Nə danışırsınız, heç də yox.
Ledi Frederik. Bu pudraya heyranam. Adamı heç
vaxt darda qoymur. Bir gün Parisdə nəsə bir pudra al-
mışdım. Elə ki süni işığın altına düşdüm, sifətimin rəngi
dəyişib al bənövşəyi oldu. Siz təsəvvür eləyirsiniz? Belə
sifətlə kim gəzə bilər?
Mereston. Yəqin ki, heç kim.
Ledi Frederik. Xoşbəxtlikdən, əynimdə yaşıl libas
var idi. O vaxtlar yaşılla bənövşəyinin qarışığı dəbdəydi.
Amma, hər halda, bənövşəyi çöhrə... Belə. Əsas məsələ
budur. Artıq özümü gənc hiss eləyirəm. Bu da gəncliyin
zərif bənövşəyi çaları. Amma, heyif, hər iki yanaq eyni
rəngdə oldu. (Merestona sarı dönərək) Çarli, sizi bez-
dirmədim ki?
Mereston. Nə danışırsınız.
Ledi Frederik. Mənə həmişə elə gəlir ki, yalnız bir
yanağım boyananda müşahidələrim, xüsusən, qəribə
olur. Yadımdadı, bir dəfə nahar vaxtı qəflətən gördüm
ki, bir yanağım daha boyalıdır.
Mereston. Heç də yaxşı olmayıb.

464
   459   460   461   462   463   464   465   466   467   468   469