Page 465 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 465
Seçilmiş əsərləri
Ledi Frederik. Çarli, siz necə də yaraşıqlısınız. Sizin
belə gözəl olduğunuzu təsəvvür belə eləyə bilməzdim.
Gənc, sütül, sizə quruca baxmağın özü adama həzz
verir.
Mereston (Çaşqın halda gülümsəyərək). Siz belə hesab
eləyirsiniz? Deyin görək, o çətin vəziyyətdən necə
çıxdınız?
Ledi Frederik. Tale mənə qarşı mərhəmətli oldu.
Sağımda qızılgül kimi açan bir əcnəbi diplomat, solum-
da zanbaq kimi solğun bir yepiskop əyləşmişdi. Diplo-
mat bütün nahar boyu məni şübhəli tarixçələrə qonaq
elədi. Təbii ki, bu səbəbdən də ona yaxın yanağım alışıb-
yanırdı. Yepiskop isə qulağıma İst-Enddə keçirdiyi həya-
tından ehtiraslı məqamları pıçıldayırdı. Və bu sarıdan
da həmin yanağımın təbaşir kimi ağappaq ağarmasında
qəribə bir şey yox idi. (Danışa-danışa yanaqlarını qızar-
dır.) İndi diqqətlə baxın, Çarli, görün mən bu bir cüt
laləylə, yəni dodağımla ağılları necə başdan çıxaracam.
Dodaqlar gərək xoş, ürəkaçan rəngdə olsun, eləmi?
Mereston. Yəqin, üzə bu qədər çəkmək elə də yaxşı
məşğuliyyət deyil?
Ledi Frederik. Mənim əziz dostum, qadın həyatı
iztirablarla doludur! Amma məgər taleyin diktəsiylə
hərəkət etdiyini və özünü daha cazibədar görkəmə
gətirdiyini fikirləşəndə ürəyin toxtaqlıq tapmırmı? Bəli,
hərdən ürəkdən fınxırmaq istəyirsən, amma olmaz.
Gülümsəyin, Çarli. Nəsə bu gün siz çılğın aşiqə qəti
oxşamırsınız.
Mereston. Bağışlayın. Siz məndən nə gözləyirdiniz?
Ledi Frederik. Ehtiras dolu sözlər.
Mereston. Qorxuram, istənilən kimi alınmaya.
Ledi Frederik. Qorxulu bir şey yoxdu. Mən çoxdan
özüm üçün müəyyənləşdirmişəm ki, kişi nə qədər güclü
hisslər keçirirsə, bir o qədər “ailə carçısı” üslubunda da-
nışır.
465