Page 462 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 462
yam Somerset Moem

Ledi Frederik. Anjelika, milord razı qaldı. Siz qeyb
ola bilərsiniz.

Qulluqçu. Oldu, miledi. (Çıxır.)
Ledi Frederik. İndi isə deyin ki, həyatınız boyu
mənim kimi cazibədar xanıma rast gəlməmisiniz.
Mereston. Mən bu sözü sizə çox demişəm.
Ledi Frederik (Hər iki əlini uzadaraq). Siz necə də
qiyamət oğlansınız. Mənə elə xoş oldu ki, sizin dünən
dediklərinizi eşitmək. Sizi elə oradaca öpüşlərə qərq elə-
mək istədim.
Mereston. Sizi bu addımdan nəsə saxladı?
Ledi Frederik. Mənim əzizim, bu soyuqluq nədən-
di?
Mereston. Bağışlayın, mən belə demək istəmirdim
Ledi Frederik. Sizdə mənə deməyə bir xoş söz
tapılmadı?
Mereston. Elə bilirəm, bütün sözləri mən artıq sizə
min dəfə demişəm.
Ledi Frederik. Deyin görüm, bütün gecəni yerinizin
içində yuxusuz qalanda nə barədə düşünürdünüz.
Mereston. Sizi yenidən görmək istəyi ürəyimi
parçalayırdı.
Ledi Frederik. Bəs sizi dəhşətli qorxu hissi bürü-
mürdü? Bəlkə, mən sizin gözünüzə göründüyüm qədər
cazibədar deyiləm? Amma düzünü deyin.
Mereston. Hə, belə fikir ağlıma gəlirdi.
Ledi Frederik. Siz gümanınızda yanılmamısınız ki?
Mereston. Nə danışırsınız!
Ledi Frederik. Dəqiq belədi?
Mereston. Əlbəttə.
Ledi Frederik. Bunu sizdən eşitməyimə çox şadam.
Mən axı özüm də dəhşətli əzab içindəydim. Öz-özümə
deyirdim ki, mənim barəmdə fikirləşə-fikirləşə beyninə
yeridəcək ki, mən dünyanın ən gözəl qadınıyam, sonra
da bura gəlib acı gerçəkliklə qarşılaşacaq. Bu, çox ağır
zərbə olardı.

462
   457   458   459   460   461   462   463   464   465   466   467