Page 460 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 460
yam Somerset Moem

Qulluqçu. Siz çox lütfkarsız, miledi.
Ledi Frederik. Əgər ürəyim rahatdısa, o, mənə bir
cür, narahatamsa başqa cür saç düzümü eləyir.
Qulluqçu. Miledi, bərbər müəllimim məni belə öyrə-
dib. Gərək yaxşı usta insanın bütün ehtiraslarını və ov-
qatını təsvir eləyə bilsin.
Ledi Frederik. İlahi, doğrudanmı, siz də belə baca-
rırsınız.
Qulluqçu. Miledi, o, məni həmişə özünün ən yaxşı
şəyirdi hesab eləyərdi.
Ledi Frederik. Əla. Onda mənim işlərimi kəllə-ma-
yallaq eləyən maddi böhranı... təsvir eləyin.
Qulluqçu. Bu ən yüngül işdi, miledi. Saçınızı alnını-
za tökürsünüz və bu, ona işarədi ki, işləriniz pisdi.
Ledi Frederik. Amma mən axı alnımı elə həmişə
saçımla örtürəm.
Qulluqçu. Deməli, sizin işləriniz həmişə qəlizdi.
Ledi Frederik. Elədi ki, var. Heç vaxt bu barədə dü-
şünməmişəm.
Mereston. Ledi Frederik, sizin valehedici saçlarınız
var.
Ledi Frederik. Xoşunuza gəlir?
Mereston. Rəngi lap gözəldi.
Ledi Frederik. Gəl bir olmasın. Bilirsiniz o rəng ne-
çəyədi?
Mereston. Demək istəyirsiniz ki, saçınız rənglənib?
Ledi Frederik. Xeyr, bir balaca. Məsələ başqa şey-
dədir.
Mereston. Nədədir?
Ledi Frederik. Bu, inanc məsələsidi. Bilirsiniz mən-
dən axı bunu gözləyirlər. Rəfiqələrim saçlarını büsbütün
rəngləyirlər, mən isə azca rəng vururam. Amma eyni
pulu verməli oluram.
Mereston. Onlar sizdə beləmi çoxdu?
Ledi Frederik. Bəli, bir yığın. (O, yeşiyi açıb oradan
tündrəngli gur saç çıxarır.) Ona verin, qoyun baxsın.

460
   455   456   457   458   459   460   461   462   463   464   465