Page 461 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 461
Seçilmiş əsərləri
Qulluqçu. Yaxşı, miledi. (Merestona uzadır.)
Mereston. Doğrudan da. (Nə deməli olduğunu bilmir.)
Belə ipək saç.
Ledi Frederik. Belə də, amma özümündü. Ən azı
onlara görə pul vermişəm. Yoxsa hələ verməmişəm, An-
jelika?
Qulluqçu. Yox hələ, miledi. Bərbər gözləyər.
Ledi Frederik (Saçı Merestondan alır). Deməli, belə
bir şeydi. Bərbər işidi. Taxımmı.
Mereston. Yaxşısı budur, taxmayın.
Qulluqçu. Əgər miledi hesab eləyirsə ki, sonluq
faciəvi ola bilər, onda məsləhət görərdim, taxasız. Ma-
təm dolu səhnələr üçün başda qotaz kimi gur saç çox
uyğun gəlir.
Ledi Frederik. Hə, bilirəm. Əgər mən hansısa əzazil
sərmayədarın ürəyini yumşaltmaq istəyirəmsə, üstümə
nə gəldi keçirirəm. Amma bu gün bu, çətin mənə lazım
ola. Bizim görüşümüzə qaşım üstə balaca tel də kifa-
yətdir.
Qulluqçu. Deməli, siz komediyaya hazırlaşırsınız.
Yaxşı, yaxşı susuram.
(Ledi Frederik yeşikdən iki tel çıxarır.)
Ledi Frederik. Çox gözəldi, eləmi?
Mereston. Bəli.
Ledi Frederik. Siz onları çox bəyənirdiniz, Çarli.
Yəqin, ağlınıza belə gəlməyib ki, onların hər birinin filan
qədər qiyməti var.
Mereston. Onların geydirmə olduğu mənim ağlıma
gəlməyib.
Ledi Frederik. Kişi xeylağı elə küt olur ki. Ananız
sizə deməyib?
Mereston. Anam mənə çox şey deyib.
Ledi Frederik. Ola bilsin, o, həddini aşıb. Budur,
hazırdı. Xoşuna gəlir?
Mereston. Qiyamətdi.
461