Page 459 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 459
Seçilmiş əsərləri
Mereston. Mən lap əlayam, çox sağ olun.
Ledi Frederik. Görkəminiz də yaxşıdı?
Mereston (Güzgüyə yaxınlaşır). Ümidvaram ki, pis
deyil. İlahi, işıq necə də gurdu. Belə işığa ancaq öz
dərisinin rənginə etibar eləyən adam dözər.
Ledi Frederik (Peyda olur). Məsələn, mən etibar elə-
yirəm.
Mereston (Yeyin addımlarla ona tərəf gəlir). Ah.
(Ledi Frederik yataq otağının qarşısında dayanıb.
Əynində kimano var. Saçları pinti, dağınıqdı. Sifətinə heç nə
çəkməyib. Elə bil sifəti uzanıb, göyərib, qırış içində batıb. Me-
reston onu görüb hiss olunacaq dərəcədə diksinir. Bütün səhnə
boyu ledi Frederik aydın bilinən irland aksentiylə danışır.)
Ledi Frederik. Sabahın xeyir.
Mereston. (Təşviş içində ona baxaraq). Sabahın xeyir.
Ledi Frederik. Eşidirəm. Mənə nə demək istəyir-
diniz?
Mereston (Pərt halda). Ümid eləyirəm, bu gecə yaxşı
yatmısınız.
Ledi Frederik (Gülərək). Bəs siz?
Mereston. Yadımda deyil.
Ledi Frederik. Çarli, şübhə eləmirəm ki, siz daş
kimi yatmısınız. Amma məni fikirləşə-fikirləşə bu gecəni
yuxusuz da qala bilərdiniz. Sizə nə olub? Elə baxırsınız
ki, elə bil qarşınızdakı kabusdu.
Mereston. Heç də elə deyil.
Ledi Frederik. Siz artıq peşiman olmusunuz?
Mereston. Əlbəttə, yox. Sadəcə... daranmayanda siz
çox fərqli görünürsünüz.
Ledi Frederik (Yüngülcə köks ötürüb). Gör ha, tamam
unutmuşam! Anjelika, saçımı dara.
Qulluqçu (Peyda olur). Yaxşı, miledi.
(Ledi Frederik stolun arxasında əyləşir.)
Ledi Frederik. Anjelika, ürəkdən işləyin. Məni şəkil
kimi eləyin. Anjelikanın əlləri qızıldı.
459