Page 467 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 467
Seçilmiş əsərləri

Ledi Frederik. Bu, nədi! Anjelika, bura gəlin mənə
kömək eləyin.

Qulluqçu. Gəlirəm, miledi. (Çıxır.)
Ledi Frederik. Axır ki.
(Ledi Frederik çıxır. Kimanonu dəyişib və indi əynində
yüngül ipək xalat var.)
Ledi Frederik. İndi razı qaldınız?
Mereston. Hələ bir soruşursunuz da.
Ledi Frederik. Onda məhəbbətdən dəm vura bilər-
siniz.
Mereston. Siz məni utandırırsınız.
Ledi Frederik (Gülərək). Çarli, son iki həftə siz
məhəbbətdən çox rahat danışırdız. Özünüzü elə göstər-
mək istəyirsiniz ki, eşq havalı sözlər daha sizi tərk edib?
Mereston. Mən bura gələndə minlərlə söz ağzım-
dan çıxmağa hazır vəziyyətdə idi, amma sizin ucbatınızdan
hamısını külək apardı. Siz mənə indi cavab verəcək-
sinizmi?
Ledi Frederik. Nə cavab?
Mereston. Məgər sizə evlənmək təklifi etdiyimi unut-
musunuz?
Ledi Frederik. Xeyr, yadımdadı. Amma siz axı bu
təklifi şəraitə görə elədiniz. İndi ətrafda hər şey sakit-
ləşəndən sonra onu təkrarlamaqmı istəyirsiniz?
Mereston. Əlbəttə. Siz ki mənim barəmdə yaxşı
fikirdəsiniz.
Ledi Frederik. Siz ayıq başla da mənə evlənmək
təklif eləyirsiniz?
Mereston. Bəli.
Ledi Frederik. Siz çox yaxşı oğlansınız, amma mən,
sadəcə, yaramazın birisiyəm. Çünki sizin belə əzab çək-
məyinizin baiskarıyam. Siz qiyamət oğlansınız.
Mereston. Cavabınızı gözləyirəm.
Ledi Frederik. Əzizim, mən artıq yarım saatdı
cavab verirəm.

467
   462   463   464   465   466   467   468   469   470   471   472