Page 408 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 408
yam Somerset Moem

Foulds. Sənə ciddi bir xəbərdarlığım var, mənim
balam. Sənin var-dövlətin və mövqeyin qarşında parlaq
imkanlar açır. Amma bütün bunları sağa-sola səpələsən,
gələcəyini zibilxanaya atmış olacaqsan. İndi üfüqlər
aydınlaşıb, Britaniya yeni liderinin zühurunu gözləyir.
Bununla yanaşı, həm də ingilislər öz liderlərinin adi,
gözəçarpmayan məxluq olmasını xoşlayırlar. Liderin
bacarıqlı və səriştəli olması onlarda ümidsizlik yaradır,
onun hərtərəfli şəxsiyyət olması boğazlarından keçmir,
hazırcavablığına isə qəti dözümləri yoxdu. Misal üçün
zavallı lord Parnabinin taleyi. Uzaqgörənliyi ona baş
nazir vəzifəsini tutmağa imkan versə də, şəxsi keyfiy-
yətlərinin güdazına getdi. Axı ölkənin taleyini nitqləri
ütülü, səmimi olan, ağlı istər-istəməz qılıncoynadanın
dəqiq zərbələrini yada salan çevik və uzaqgörən biri-
sinin ixtiyarına vermək olar? Odur ki, hamının gözündə
lord Parnabi, sadəcə, çərənçi və yüngülxasiyyət bir insan
idi. Biz belələrinin həyat prinsiplərinə şübhəylə yanaşı-
rıq, mənəviyyatlarından ciddi şəkildə ehtiyatlanırıq.
Odur ki, sözlərimə diqqətlə qulaq as, əziz balam, diq-
qətlə qulaq as. Uzun nitqlərini bəlağətli, cansıxıcı sözlər-
lə zənginləşdirmə, ağır söhbətlərinə çox da duz-filan
qatma, qoy şit olsun. Diqqət elə ki, təşbehlərdə təxəy-
yülünə çox da sərbəstlik verməyəsən, beynini hamının
qabağında açıb-qoyma, ən ayıblı sirr kimi dərin bir yer-
də gizlə. Və ən əsası, əgər yumor hissin varsa, onu bir-
yolluq sil, at, küləklərin ixtiyarına ver.

Mereston. Əziz dayı, sizin sözləriniz məni təsirlən-
dirdi. Bundan sonra səfehlər səfehi olacam.

Foulds. Bax, bu, ayrı məsələ, mənim balam.
Mereston. Ən ağırçəkili əttökən olacam.
Foulds. Artıq indidən sənin sinəni ordenin necə
bəzədiyini görürəm. Onu almaq üçün heç bir zəhmət
tələb olunmur!
Mereston. Bundan sonra mənim çıxışlarım hamıya
dərin yuxu gətirəcək.

408
   403   404   405   406   407   408   409   410   411   412   413