Page 407 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 407
Seçilmiş əsərləri
Foulds (Ledi Frederikin əlini sıxır). Eşitdim, kazinoda
olmusunuz.
Ledi Frederik. Çarli son qəpiyinəcən uduzdu, mən
də ona ürək-dirək verirdim.
Ledi Mereston. Çarli, mənim əziz oğlum, sənin belə
işlərlə məşğul olmağından heç xoşum gəlmir.
Mereston. Anacan, mən cəmi onca min frank uduz-
dum.
Ledi Frederik (Fouldsa). Belə görürəm, siz həmişə
yaxşı əhvaldasınız.
Foulds. Şübhəli komplimentlərə ehtiyac yoxdu. Bəl-
kə, sabah xəstələndim, hə?
Ledi Frederik. Siz admiral Karlaylla tanışsınız
eləmi? Bu da mənim qardaşım Ceralddı.
Foulds (Onun əlini sıxaraq). Xoş gördük.
Ledi Frederik. (Təqdim edərək). Kapitan Montqo-
meri.
Kapitan Montqomeri. Mənə elə gəlir, biz görüş-
müşük.
Foulds. Bunu eşitməyə çox şadam. Salam. (Meresto-
na müraciətlə) Monte-Karloda vaxtını yaxşımı keçirirsən,
Çarlz?
Mereston. Bə-bəli.
Foulds. Nə işlə məşğulsan?
Mereston. Belə də, or, orda da... bur, burda da hər
yerdə stoldu.
Foulds. Sükanı belə saxla, balaca. Çox şadam ki,
özünü vərəsəlik qanunvericiliyinə uyğun olaraq üzərinə
düşən vəzifələrə layiqincə hazırlayırsan.
Mereston (Gülərək). Məzələnmə, Paradayn dayı.
Foulds. Sevindirici haldı ki, sən artıq jarqonları da
mənimsəyirsən.
Mereston. Əgər artıq London faytonçusunun gözü-
nün odunu ala, hazırcavablığınla bir qadını hayıl-mayıl
edə bilirsənsə, sənin üçün Lordlar Palatasında işləmək
elə də çətin məsələ deyil.
407