Page 406 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 406
yam Somerset Moem
Foulds. Əzizim, özün də bilirsən ki, mən heç vaxt
sənin xətrinə dəymək istəmərəm.
Ledi Mereston. Dərinə getsək, günah sənin özün-
dəydi. Bəli, o əsl dindar idi, ümumi kilsə tərəfdarlarının
rəhbəri idi, sənin həyat tərzinə də nifrət eləyirdi.
Foulds (Ruhani intonasiyası ilə). Şükür ki, öz ömür
payımda kifayət qədər günaha bata bilmişəm!
Ledi Mereston (Gülərək). Sən düzələn deyilsən,
Paradayn. Amma indi mənə kömək eləyəcəksən. Corcun
ölümündən sonra mən oğlumla kifayət qədər qapalı
yaşamışam, indi tamamilə köməksizik. Əgər Çarli o qa-
dınla evlənsə, mənim ürəyim partlar.
Foulds. Bacardığımı eləyəcəm. Deyəsən, hətta vəd
də verə bilərəm ki, mənim bütün cəhdlərim boşa çıxa-
caq.
(Qapı taybatay açılır. Ledi Frederik, ardınca iyirmi iki
yaşlı gənc oğlan Mereston içəri girir. Bir qədər sonra Ledi
Frederikin qardaşı, yaraşıqlı, qəddi-qamətli Ser Cerald
O`Mara, onun ardınca kapitan Montqomeri, Admiral Karlayl
və onun qızı Rouz peyda olur.) Otuz-otuz beş yaşlı gözəl
irland qadın Ledi Frederik çox zövqlə geyinib. O həddən
ziyadə hərəkətlidir. Görünür ki, irlandsayağı qayğısızdı
və sabahı düşünmək belə istəmir. Əgər kimisə özünə
cəlb etmək istəyirsə, irland aksentinə keçir. Özü də əla
bilir ki, belə eləyəndə misli-bərabəri olmur. Özünə baxan
və saçlarına sığal verən otuz beş yaşlı kapitan Mont-
qomeri kifayət qədər qılıqlıdır. Admiral sözü üzə deyən
və qaba bir kişidi. On doqquz yaşlı Rouz sadəlövh bir
qızdı.
Mereston. Bu da onlar.
Ledi Frederik (Təsvir eləmək mümkün olmayan bir
çevikliklə hər iki əlini Fouldsa uzadır). Paradayn! Paradayn!
Paradayn!
Mereston. Mənim həm müəllimim, həm də tərbi-
yəçim olan dayım!
406