Page 401 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 401
Seçilmiş əsərləri
Tompson. İyirmi beş ildi, miledi.
Ledi Mereston. Onun hər gün nə edəcəyini siz,
yəqin, dəqiqəbədəqiqə bilirsiniz.
(Paradayn içəri keçir. O, yaşı qırxı adlamış çox şıq ge-
yimli bir kişidi. Özünəinamlı, kübar, yerini biləndi. Beləsini
heç vaxt özündən çıxara, həvəsdən sala bilmərsən. O, Ledi Me-
restonun son sözlərini eşidir.)
Foulds. Mən Tompsonu işə götürəndə dedim ki, ən
çətin iş özünü görməzliyə vurub hər şeyi görməkdi.
Ledi Mereston. Əziz Paradayn, mən səni düz iki
ildi, gözləyirəm. Sən nədən belə canımı çəkirsən.
Foulds. Mən sənin öpüşünə dözə bilərəm, amma bu
qabalığı yığışdır.
Ledi Mereston (Onun yanaqlarından öpərək). Bu za-
rafatlar əbədi boyuna biçilib. Niyə o dəqiqə gəlmədin?
Foulds. Əzizim, uzun yoldan sonra adam dincəl-
məlidir, ya yox? Burada əsəbiləşməli nə var? Qatarla düz
iyirmi yeddi saatlıq yoldu. Üstümə bu boyda hücumdan
sonra gərək özümə gələm.
Ledi Mereston. Məni güldürmə. Əminəm ki, sənə
hücum-zad olmayıb.
Foulds. Mən ruhuma olan hücumu nəzərdə tutu-
ram. Mənim yaşımda bu, naz-qəmzə kimi görünə bilər,
amma Londondan Monte-Karloya səyahət, həqiqətən
də, məni əldən saldı.
Ledi Mereston. Şübhə eləmirəm ki, sən bu əziyyətin
acısını yaxşıca şam eləməklə canından çıxarmısan.
Foulds. Mən heç şam eləmişəmmi?
Tompson (Sakitcə). Siz şorba yediniz, ser?
Foulds. Yadımdadı, mən ona baxa-baxa qaldım.
Tompson. Balıq şorbası, ser.
Foulds. Mən qalxanbalığı qızartmasıyla oynaya-
oynaya qalmışdım.
401