Page 403 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 403
Seçilmiş əsərləri

Foulds. Əzizim, mənim tapmacadan zəhləm gedir.
Şübhəsiz ki, ildə beş min gəliri olan gənc markizə ikrahla
baxmayan xeyli xanım tapılar.

Ledi Mereston. Həmin xanım Ledi Frederik Be-
rollzdu.

Foulds. Bax, bu gözlənilməz oldu.
Ledi Mereston. Qadın ondan on beş yaş böyükdü.
Foulds. Yəni anası yerində deyil. Bu özü nədənsə
xəbər verir.
Ledi Mereston. O, saçlarını rəngləyir.
Foulds. Özü də zövqlə rəngləyir.
Ledi Mereston. Sifətinə də şəkil çəkir.
Foulds. Özü də Təsviri Sənət Akademiyasının üzv-
lərinin çoxundan yaxşı çəkir.
Ledi Mereston. Yazıq Çarli, sadəcə, onun toruna
düşüb. Səhərlər onunla at çapır, nahardan sonra maşınla
gəzir, gecənin yarısınacan da kazinoda ilişib qalır. Mən
onu heç görmürəm.
Foulds. Haradan bilirsən ki, ledi Frederikin ondan
nəsə umacağı var?
Ledi Mereston. Paradayn, məni güldürmə. Hamı
bilir ki, onun cibində siçan oynayır, xirtdəyəcən borc
içindədir.
Foulds. Gərək minanı yaxşı yerdə gizlətməyi baca-
rasan. Bizim zəmanədə kübar qadının həyatı göz qa-
bağında olan dilemmadan ibarətdi: ya müflisləşmə, ya
da boşanma işiylə əlaqədar məhkəmə.
Ledi Mereston. Görən, onda bu cür şıq geyimlər
haradandı? Bax, taleyin oyunu buna deyərlər. Olub-
qalan nüfuzunu da itirəndən sonra qadın şəkil kimi
görünməyə başlayır.
Foulds. Əzizim, bir fikirlə özünə təskinlik ver ki, o,
gec-tez cəhənnəm odunda yanmalı olacaq.
Ledi Mereston. Kafirlik kimi qəbul eləmə, ancaq elə
bilirəm, o dünyada ağ libaslar və qanadlar mənim bu

403
   398   399   400   401   402   403   404   405   406   407   408