Page 398 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 398
yam Somerset Moem

Konstans. Baş üstə. Altı həftədən sonra qayıdıb gə-
ləcəm.

Con. Qayıdacaqsan? Hara?
Konstans. Bura.
Con. Bura? Bura? Elə bilirsən, səni evə buraxacam?
Konstans. Niyə də yox? Dərindən götür-qoy elə-
yəndə özün də başa düşəcəksən ki, mənim heç bir güna-
hım yoxdu. Bir də axı mən səndən sənin özünə lazım
olan nəyisə istəmirəm.
Con. Heç başa düşürsənmi, mən səninlə boşanmaq
istəyə bilərəm?
Konstans. Əlbəttə. Amma mən kimə ərə getdiyimi
yaxşı bilmişəm. Əri xeyli düşünüb-daşınandan sonra
seçmişəm. Çalışmışam, centlmenə ərə gedim və sən
özün baiskarı olduğun günahlarıma görə məni boşa-
mazsan.
Con. Mən səninlə boşanmayacam. Çünki qorxuram
risk eləyib ikinci dəfə evlənsəm, elə bir qadına rast gəlim
ki, o da əriylə eynilə sənin kimi davranan birisi olsun.
Konstans (Qapıdan). Mən qayıda bilərəmmi?
Con (Qısa pauzadan sonra). Sən dünyanın ən dəymə-
düşər, ərköyün, heç nədən özündən çıxan, səhvlərini
israrla yeridən, həm də ən cazibədar, gözəlliyi göz qa-
maşdıran qadınısan. Sənin kimisinə ər olmaq Tanrının
ən böyük cəzasıdı. Hə, lənət şeytana, qayıda bilərsən.
(Konstans ona əliylə öpüş göndərib, arxasınca qapını
çırparaq, qonaq otağından qeyb olur.)

398
   393   394   395   396   397   398   399   400   401   402   403