Page 397 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 397
Seçilmiş əsərləri

Konstans. Hansısa əyalətin qubernatorunun yavə-
ridi. Bu gün yanıma o xahişlə gəlmişdi ki, ikinizin
arasında hər şeyin bitdiyini yumşaq tərzdə sənə başa
salım.

Con. Ümidvaram ki, sənə bu qədər əzab verən
münasibətlərimizi mənim daha əvvəl pozmaq qərarına
gəldiyimi ona demisən.

Konstans. Yox, fürsət eləyə bilmədim. O, mənə öz
xahişini çatdıranda çox tələsirdi.

Con. Bilirsən, Konstans, heç cür mənə çatmır. Bəs
sənin o qürurun hara qeyb oldu? Sənin ərini axmaq
yerinə qoydular. Yerində başqa qadın olsaydı, Mari-
Luizaya bax, belə deyərdi. Nə qəribə təsadüf. Elə indicə
Con da mənə dedi ki, bir daha səninlə görüşməmək
qərarına gəlib. Amma, Konstans, təbii ki, sən belə
deməmisən. Çünki məni adam yerinə qoymursan.

Konstans. Sən düz demirsən, əzizim. Mən həmişə
sənin qayğını çəkəcəm. Mən ola bilsin, sənə xəyanət
eləyəcəm, amma səni atan deyiləm. Həmişə də səda-
qətimi özümün ən üstün keyfiyyətim saymışam.

(Eşikağası qapını açır.)
Con (Əsəbi tərzdə). Nə məsələdi?
Bentli. Fikirləşdim, bəlkə, madam onu aşağıda tak-
sinin gözlədiyini unudub.
Con. Cəhənnəm ol!
Bentli. Necə məsləhətdi, ser.
(Gedir.)
Konstans. Anlamıram, sən nədən onu acıladın?
Taksinin pulunu Bernard verəcək. Mən, hər halda, artıq
çıxmalıyam, yoxsa Bernard elə düşünər ki, qərarımı
dəyişmişəm. Görüşənədək, əzizim. Ümidvaram, mən
burada olmayan müddətdə çox darıxmayacaqsan. Aşpa-
zın bişirdiklərinə mız qoymasan, ac qalmayacaqsan.
Mənimlə xadahafizləşmək istəmirsən?
Con. Cəhənnəm ol.

397
   392   393   394   395   396   397   398   399   400   401   402